ABŞ azərbaycanlı mütəxəssisə “Eynşteyn vizası” verib
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oruc İbrahimov peşəkar uğurları və fəaliyyətinə görə ABŞ-nin xüsusi istedada malik şəxslər üçün nəzərdə tutulan “EB1 - Extraordinary Ability” (ictimaiyyət arasında “Eynşteyn vizası”) vizasını əldə edib.
Oruc İbrahimovun Marja-ya verdiyi məlumata görə, bu, Amerika Birləşmiş Ştatları-da ən üst kateqoriya viza hesab olunur və öz sahəsində ən yüksək peşəkarlıq və beynəlxalq tanınma qazanmış mütəxəssislərə ABŞ-də daimi yaşamaq və fəaliyyət göstərmək hüququ verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Karyerası ərzində Azərbaycanda bir sıra özəl şirkətlərdə müşavir və departament rəhbəri kimi çalışan, eləcə də yerli və xarici şirkətlərə konsultasiya xidmətləri göstərən O.İbrahimov fəaliyyətini ABŞ-də davam etdirir.
O, hazırda müharibədən zərər çəkmiş insanlara dəstək göstərmək və onların ehtiyaclarını qarşılamaq məqsədilə sosial yönümlü rəqəmsal platforma (startup) üzərində işləyir.
Qeyd edək ki, Oruc İbrahimov Birinci Qarabağ müharibəsində Daşaltı əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuş Cavanşir İbrahimovun oğludur. O, fəaliyyəti ilə həm ölkəsini xaricdə təmsil etməyi, həm də sosial layihəsi vasitəsilə müharibədən əziyyət çəkən şəxslərə fayda verməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 23 Sentyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















