Icma.az
close
up
RU
ABŞ Bakını dəstəkləyəcək, təcili qərar... Surenyants

ABŞ Bakını dəstəkləyəcək, təcili qərar... Surenyants

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan hakimiyyəti Qərbin, xüsusilə ABŞ-ın təhlükəsizliyin təmin edilməsi ilə bağlı dəstəyinə dair illüziyalarda yaşamağa davam edir və bu illüziyalar onu yenidən yanıltmaq təhlükəsi yaradır.

Axar.az xəbər verir ki, bu fikri eməni politoloq Suren Surenyants bildirib.

Ekspertin fikrincə, son illərdə Ermənistan rəhbərliyi bir neçə dəfə düzgün olmayan oyunçular seçib və bu, ağır nəticələrə gətirib çıxarıb:

“ABŞ-ın yenidən məyus edə biləcəyi ilə bağlı nüfuzlu Amerika beyin mərkəzləri, o cümlədən “Stratfor” da yazır. Adıçəkilən nüfuzlu analitik mərkəz (ekspert dairələrində tez-tez “kölgə MKİ” adlandırılır) Cənubi Qafqazda gələcək qüvvələr nisbəti kontekstində qeyd edib ki, Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri uğursuz olacaq. Çünki Tramp administrasiyası Rusiyanın, İranın və Çinin regional təsirinə qarşı balans yaratmaq üçün Bakı ilə möhkəm münasibətlərə üstünlük verir”.

Surenyantsın fikrincə, Tramp seçilməsəydi belə, ABŞ-ın Türkiyə və Azərbaycana qarşı Ermənistanı dəstəkləmək üçün heç bir strateji marağı yoxdur:

“Ankara və Bakı Qərbin Rusiyanın və İranın təsirini zəiflətmək üçün əsas müttəfiqləridir və bu baxımdan “Stratfor”un qiymətləndirmələri kifayət qədər obyektivdir. Başqa məsələ odur ki, Ermənistan hakimiyyəti bunu ya dərk etmir, ya da dərk etmək istəmir, bu isə keçmişdə dəfələrlə uğursuzluqlara və faciələrə səbəb olub.

Mən deyə bilmirəm, Nikol Paşinyan bu qəribə qərbli tərəfdaşlarla yaxınlaşma kursunu davam etdirərkən hansı hesablamalar və məntiq ilə hərəkət edir. Çox güman ki, heç bir məntiq yoxdur. O, istədiyini reallıq kimi təqdim etməyə çalışır”.

Ekspert diqqəti ona yönəldib ki, Ermənistan hakimiyyəti bir dəfə artıq böyük bir səhvə yol verib:

“Bu, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının bəzi epizodlarından tələsik nəticələr çıxarılması və qərbli tərəfdaşlara ümid etməsindən qaynaqlanırdı. Beləliklə, 2022-ci ilin mart-aprel aylarında Rusiyanın müəyyən çətinlikləri və Kiyev, Çerniqov yaxınlığından qoşunlarını geri çəkməsi fonunda İrəvan Moskvanın artıq Cənubi Qafqazda ciddi bir faktor olmadığını düşünərək, Azərbaycanla danışıqlar üçün Qərb platformalarına üstünlük verdi. Bu səhv, nəticədə Qarabağın itirilməsinə və “etnik təmizləmələrə” səbəb oldu.

Bəlkə də indi Ermənistan hakimiyyət dairələri eyni dərəcədə səhv nəticələrə gəlir. Bu, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi fonunda baş verir. Əslində Kursk məsələsi çox lokal xarakter daşıyır və ümumi hərbi əməliyyatlara təsir etmir. Rusiyanın regional təsirini gözardı etməyə davam etmək isə çox təhlükəlidir”.

Surenyants Bakı ilə danışıqlarda İrəvanı 2020-ci ilin noyabrında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyanata qayıtmağa çağırıb:

“Son illərin hadisələri göstərdi ki, üçtərəfli bəyanat Ermənistan üçün ən az riskli variantdır. Danışıqlar və qərarlar prosesində bəzi çətinliklər olsa belə, üçtərəfli sənədin həyata keçirilməsi vəziyyətində bu çətinliklər ən minimum səviyyədə olacaq. Digər platformalarda və formatlarda aparılan danışıqlar İrəvan üçün yeni itkilər təhlükəsi yaradır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri