Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? Video
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı yeni detallar məlum olub.
Bizim.Media Real TV-yə istinadla xəbər verir ki, hadisə ilə bağlı mərhumun və onu öldürməkdə şübhəli bilinən ögey qardaşı Ayxan Mehdiyevin qonşuları danışıblar.
Onların açıqlamaları cinayətlə bağlı bəzi yeni məqamları üzə çıxarıb.
Qonşuların iddialarına görə, A.Mehdiyev cinayəti törətməzdən bir neçə gün əvvəl qətli planlaşdırıb. Həmçinin onunla bacısı arasında daha əvvəldən də qısqanclıq zəminində problemlərin olduğu bildirilir.
Hadisə baş verən zaman valideynlər evdə olmayıblar. Bacısının mənzildə tək olduğunu bilən Ayxan ona hücum etdikdən sonra öz otağına keçərək qapını bağlayıb. Məlumata görə, ağır yaralanan Gülarə təxminən iki saat otaqda köməksiz vəziyyətdə qalıb.
Bir müddət sonra evə gələn ata qızını qan içində yerdə uzanmış vəziyyətdə görüb və dərhal xəstəxanaya çatdırıb. Lakin çox qan itirən 23 yaşlı Gülarənin həyatını xilas etmək mümkün olmayıb.
Daha ətraflı videoda:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Noyabr 2026 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















