Icma.az
close
up
RU
ABŞ başqa ölkəyə məxsus tonlarla qızılı qaytarmaq istəmir

ABŞ başqa ölkəyə məxsus tonlarla qızılı qaytarmaq istəmir

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


ABŞ bir çox ölkələrə məxsus qızıl ehtiyatlarını müxtəlif vasitələrlə öz banklarında saxlamağa çalışır. Qərb mətbuatı yazır ki, ABŞ hətta bu yaxınlarda Bharat (keçmiş Hindistan) ərazisində yerləşən Britaniya anbarlarından yüz ton qızıl alıb. Ekspertlərin fikrincə, bu hadisə göstərir ki, bununla, uzun müddət ərzində qızıl ehtiyatlarını saxlamaq üçün Qərbin banklarına etibar edən Yeni Dehli üçün unikal şans yaranıb.
Reyting.az
-ın məlumatına görə, Çinin "Baidu" internet platformasında dərc olunan hesabatda bildirilir ki, Bharatın qızıl ehtiyatları ilə bağlı baş verən hadisələr gözlənilməz bir dönüşdən xəbər verir.
Çinli müəllif yazır ki, İngiltərə bankından yüz ton qızılı uğurla geri almasına baxmayaraq, artıq Bharat hakimiyyəti çətinliklərlə üzləşib.
Bharat İngiltərədən bu qiymətli metalı geri aldıqdan sonra ABŞ-a qarşı da eyni tələbi təkrarlamağa çalışıb. Lakin bu ölkə demək olar ki, asılı vəziyyətdədir, səbəbi isə Bharatın qızıl ehtiyatlarının böyük hissəsinin Amerika banklarında olmasıdır. Məhz buna görə də Yeni Dehlinin onların qaytarılması tələbinə gözlənilməz cavab verilib.
Məlumata görə, amerikalılar sərt şəkildə hindistanlıların tələbini rədd ediblər. Bu isə ABŞ-nın başqa ölkəyə məxsus tonlarla qızılın müxtəlif bəhanələrlə qaytarmaq istəmədiyi anlamına gəlir.
"Hindistanın Ehtiyat Bankı bütün dünyada anbarlarda saxlanılan qızıl ehtiyatlarını geri almağa çalışır. Böyük Britaniyadan 100 ton qızılı uğurla alsa da, ABŞ Federal Ehtiyat Sistemi ilə danışıqlarda proseslər dalana dirənib", - deyə məqalədə qeyd olunur.
Bildirilir ki, son vaxtlar Qərb anbarlarından qızıl ixracı qlobal nisbətlər alıb. Bəzi Afrika və Asiya ölkələri də belə niyyətləri olduqlarını açıqlayıblar və eyni zamanda Avropa nümayəndələri bununla bağlı müzakirələrə başlayıblar. Doğrudan da, qiymətli metal sayılan qızıldan heç də ayrılmaq istəməyən, mümkün olduğu qədər onu özlərində saxlamağa üstünlük verən ABŞ və Böyük Britaniyadakı "qızıl xəstəliyi" böyük narazılıq yaradıb. Bunun səbəbi isə valyutalara dəyə biləcək zərbə qorxusudur, çünki proseslər belə davam edərsə, qızıl tezliklə ABŞ dollarına, Böyük Britaniya funt-sterlinqinə, eləcə də digər Qərb valyutalarına qarşı ən dözümlü və ən etibarlı alternativ kimi istifadə oluna bilər.
Qərb ekspertləri hesab edirlər ki, baş verənlərin arxasında Rusiya dayanır. Onların qənaətincə, hətta başda qızıl olmaqla, digər növ qiymətli metalların da qərbdən şərqə doğru hərəkətinə təhrik edən məhz Rusiyadır. Əksəriyyət məhz bu versiyanı sübuta yetirmək üçün buna misal olaraq, Rusiya prezidenti Vladimir Putinin dəfələrlə ABŞ dollarını yada salmasından, həmçinin dollardan həddən artıq asılılığın təhlükələrindən danışdığını xatırladır.
ABŞ-nın, Avropanın bir çox media orqanları isə ümumiyyətlə, Rusiyanın qızıl ehtiyatlarını aktiv şəkildə artırmasının arxasında məqsədli taktika olduğunu yazırlar.
Qeyd olunur ki, baş verənlər ABŞ-da və Böyük Britaniyada da qızıl saxlamağın təhlükəsiz olmadığını göstərir. Çində isə hesab edirlər ki, Putin bu reallaşmadan məmnun olmalıdır. Çünki müasir dünyada qızıl təkcə sərvət simvolu deyil, həm də milli strateji resursların əsas komponentidir.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Yanvar 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri