Qızıl medalçı: Bu qələbə Azərbaycan xalqının dəstəyi sayəsində reallaşdı
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 23 noyabr, Cavid Əliyev, AZƏRTAC
Nəticəm məni sevindirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev deyib.
86 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı sözlərinə belə davam edib: “Həlledici qarşılaşmada bəhreynli Xıdır Saypudinovu məğlub etdim. Bu qələbə Azərbaycan xalqının dəstəyi sayəsində reallaşdı. Hər kəsə təşəkkür edirəm”.
Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.
Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 Noyabr 2025 05:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















