ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 aprel, AZƏRTAC
Pentaqon İranın zərbələri səbəbindən ABŞ qoşunlarını Yaxın Şərqdəki bəzi bazalardan təxliyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli İctimai Radio (NPR) məlumat yayıb.
Məlumata görə, İran Bəhreyndəki bazaya raket və dronlarla zərbə endirdikdən sonra yüzlərlə dənizçi ABŞ-a təxliyə olunub. Bölgədəki digər Amerika bazalarından da təxliyələr həyata keçirilib, lakin ətraflı məlumat verilməyib.
Bəhreyn bazasından təxminən 1500 hərbçi və onların ailələri təxliyə olunub. ABŞ-İsrail hərbi əməliyyatından əvvəl bu bazada təxminən 8000 hərbçi xidmət edirdi.
Bu mövzuda digər xəbərlər:İran Bəhreyn limanında ABŞ tankerini vurdu
02 Mart 2026 17:06
200 ABŞ əsgəri öldürülüb İDDİA
28 Fevral 2026 17:30
İrandan “əsir ABŞ əsgəri” iddiası
08 Mart 2026 15:43
Suriyada ABŞ əsgəri olmamalıdır Trampın komandası
23 Dekabr 2024 15:19
Minlərlə ABŞ əsgəri Meksika sərhədinə yerləşdiriləcək
22 Yanvar 2025 21:55
Baxış sayı:111
Bu xəbər 04 Aprel 2026 02:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















