ABŞ Belarus rəhbərliyinə qarşı sanksiyaları daha bir il müddətinə uzadıb
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Belarus rəsmilərinə qarşı sanksiyaları daha bir il uzadıb.
Moderator.az xəbər verir ki, müvafiq fərman ABŞ hökumətinin Federal Reyestrində dərc edilib.
Sanksiyalar 2006-cı ildə tətbiq edilib və 9 avqust 2021-ci ildə genişləndirilib. Sanksiyaların müddəti 16 iyunda başa çatmalı idi.
Sənəddə deyilir ki, Belarus hökumətinin bəzi üzvlərinin hərəkətləri ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün təhlükə yaratmaqda davam edir.
Sözügedən fərman 2006-cı ilin iyun ayında ABŞ-ın o vaxtkı 43-cü prezidenti Corc Buş tərəfindən imzalanmışdı. 2021-ci ilin avqust ayında 46-cı prezident Co Bayden sanksiyaları genişləndirib.
Bu mövzuda digər xəbərlər:BMT TŞ Yəmənə qarşı sanksiyaları bir il müddətinə uzadıb
13 Noyabr 2024 22:31
AB İŞİD və Əl Qaidəyə qarşı sanksiyaları bir il müddətinə uzadıb
28 Oktyabr 2025 15:12
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb
19 İyun 2026 02:47
Aİ Belarusa qarşı sanksiyaları daha bir il uzadıb
26 Fevral 2026 19:48
ABŞ Belarus bankına və Maliyyə Nazirliyinə qarşı sanksiyaları ləğv edir
19 Mart 2026 19:45
Baxış sayı:110
Bu xəbər 22 May 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















