Aİ Belarusa qarşı sanksiyaları daha bir il uzadıb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları daha bir il müddətinə uzadıb.
"Report" xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris "X" sosial şəbəkəsində bildirib.
Budris qeyd edib ki, Vilnüs Aİ-nin sanksiyaların uzadılması ilə bağlı kollektiv qərarını alqışlayır.
Aİ insan hüquqlarının pozulması və Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verdiyinə görə 2015-ci ildən bəri Belarusa qarşı ardıcıl olaraq sanksiyalar tətbiq edir. Genişmiqyaslı iqtisadi və fərdi məhdudiyyətlər kompleksinə ölkə rəhbərliyinə qarşı məhdudiyyətlər, həmçinin kalium, neft məhsulları, ağac idxalına qadağa, bank sektorunda məhdudiyyətlər, texnologiya və ikili təyinatlı malların ixracına qadağa daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 26 Fevral 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















