Icma.az
close
up
RU
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının komissarı Ukraynada Azərbaycan diasporunun fəaliyyəti ilə tanış olub

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının komissarı Ukraynada Azərbaycan diasporunun fəaliyyəti ilə tanış olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kiyev, 11 oktyabr, AZƏRTAC

Ukraynada səfərdə olan Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin icraçı direktoru, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) komissarı Mohamed Elsanusi Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad İbrahimov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ukraynada yaşayan dini və milli azlıqların vəziyyəti, onların cəmiyyətə inteqrasiyası və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi müzakirə olunub.

UABD-nin həm Azərbaycan, həm də Ukrayna xalqları arasında mədəni, humanitar və mənəvi körpü rolunu oynadığını qeyd edən E.İbrahimov azərbaycanlıların uzun illərdir yerli cəmiyyətin ayrılmaz hissəsinə çevrildiklərini və ölkənin multikultural dəyərlərinə sadiq qaldıqlarını bildirib. O, vurğulayıb ki, azərbaycanlılar dini inanclarını və ibadətlərini azad formada yerinə yetirirlər: “Ukrayna dövləti dini azadlığa hörmətlə yanaşır və müxtəlif konfessiyalar arasında qarşılıqlı anlayış və dinc birgəyaşayış mühiti mövcuddur. Bu da həm Ukrayna, həm də Azərbaycan üçün nümunəvi tolerantlıq modelidir”.

Sədr müavini qeyd edib ki, diaspora üzvləri təkcə dini bayramların deyil, milli və mədəni tədbirlərin təşkilində də fəal iştirak edirlər. 2022-ci ildən başlayan müharibə şəraitində azərbaycanlı icma həmrəylik və yardımlaşma ruhunu qoruyub saxlayıb: “Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamları və xeyriyyəçilər əsgərlərə tibbi, humanitar və sosial dəstək göstərməklə həm Ukrayna xalqına, həm də insanlıq dəyərlərinə sədaqətlərini nümayiş etdiriblər”.

Sədr müavini görüş zamanı diasporun Ukraynada həyata keçirdiyi sosial, mədəni və humanitar layihələri əks etdirən foto-albomu qonaqlara təqdim edib. Albomda diaspor üzvlərinin müxtəlif dövrlərdə təşkil etdikləri xeyriyyə aksiyaları, iftar süfrələri, dini və milli bayram tədbirləri, həmçinin müharibə dövründə göstərilən yardımlar öz əksini tapıb.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) komissarı Mohamed Elsanousi görüş təkcə Ukrayna azərbaycanlı diasporunun fəaliyyəti ilə tanışlıq deyil, həm də dini tolerantlıq, multikulturalizm və beynəlxalq sülh dəyərlərinin bir daha təsdiqi kimi qiymətləndirib. O, qeyd edib ki, dinlər və mədəniyyətlər arasındakı körpülər insanlığı birləşdirən, xalqları yaxınlaşdıran ən güclü vasitədir: “Bu, həm də imanın sərhədləri aşan universal dəyər olduğunu bir daha sübut etdi - insan harada yaşamasından asılı olmayaraq, mərhəmət, ədalət və sülh prinsipləri onun ruhunu birləşdirir”.

Görüşdə həmçinin dünyanın 12 ölkəsində fəaliyyət göstərən Finlandiyanın ən böyük humanitar təşkilatı - Finlandiya Kilsə Yardımı (Finn Church Aid) qurumunun rəhbərləri və əməkdaşları iştirak ediblər. Onlar da müxtəlif dinlər və xalqlar arasında mərhəmət, dialoq və qarşılıqlı hörmətin vacibliyini vurğulayıblar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri