ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ 2021-ci ildə Eritreyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatmamaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.
Qeyd edək ki, sanksiyalar Efiopiya ilə sərhəddə yerləşən və Qırmızı dənizə çıxışı olan Eritreyanın ordusuna qarşı yönəlmişdi. ABŞ 2021-ci ilin sonunda Eritreyada hakim partiyaya və ölkənin silahlı qüvvələrinə qarşı sanksiyalar tətbiq etmişdi. Eritreya hərbçiləri Efiopiyanın şimalındakı Tiqray bölgəsində 2020-2022-ci illərdə davam edən münaqişə zamanı insan hüquqlarının pozulmasında ittiham olunurdu.
Sanksiyalar hər il “milli fövqəladə vəziyyət” rejiminin müddətinin uzadılması çərçivəsində yenilənirdi. Lakin ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, sözügedən fövqəladə vəziyyət rejiminin qüvvədə olma müddəti başa çatıb. Bununla da Eritreyaya qarşı tətbiq olunan sanksiyalar faktiki olaraq aradan qalxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 19 Sentyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















