Icma.az
close
up
RU
ABŞ cəsarətli davransa, Rusiyanı sülhə gətirmək mümkün ola bilər Deputat

ABŞ cəsarətli davransa, Rusiyanı sülhə gətirmək mümkün ola bilər Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rusiya-Ukrayna müharibəsi kimi mürəkkəb problemi bir görüşdə həll etmək mümkün deyildi. Alyaskada keçirilən görüşdən sonrakı müddətdə baş verən hadisələr də bunu göstərdi. Yəni Rusiya-Ukrayna probleminin kökündə 300 illik bir tarix dayanır. Dəşti-Qıpçağın Rusiya tərəfindən işğal olunması, Dəşti-Qıpçaq türklərinin yəni ukraynalıların əcdadları olan polovezlərin, peçenlərin, karainlərin, azların, Xəzər türklərinin assimilyasiyası kimi uzunmüddətli bir proses dayanır".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Amerika Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı səylərindən danışarkən bildirdi.

"Nəhayət 40-cı illərin əvvəllərində, İkinci Dünya müharibəsində bugünkü Donbasın, Donetskin, Luqanskın, hətta Krasnodarın, Belqorodun Ukrayna əsilli vətəndaşlarının azlığa məhkum edilərək öldürülməsi dayanır. Həmin illərdə 3 milyondan çox ukraynalı öldürülüb. Onların yerinə bu gün Rusiyanın rusdilli əhali kimi adlandırdığı rus əsilli insanlar yerləşdirilib. Bu qədər dərin kökləri olan bir problemi  Alyaska görüşündə həll etmək mümkün deyildi. Məsələnin strateji dərinliyini Tramp komandasında dərk edənlər var, amma sadəcə görünür bunu siyasi platformaya çevirməkdə çətinlik çəkirlər. Trampın yanaşması əvvəlindən ticarət təfəkkürünə söykəndiyi üçün strateji məsələlər arxa planda qalır və bu isə problemi daha da dərinləşdirir. Məsələn, Tramp qeyd edir ki, torpaq mübadiləsi olsun, sən torpaqlarını mənə ver, mən sənə təhlükəsizlik təminatı verim. Yəni bütün bunlar, əlbəttə ki, siyasətin alt qatlarında mümkündür, amma konfliktə strateji prizmadan baxmasanız, bunlar heç bir işə yaramır. Biz şahidlik edirik ki, bunlar heç bir işə yaramır. Alyaska görüşündən sonra Tramp dedi ki, mən 12 gün müddət verirəm və s. Burada güc balansını doğru hesablamaq lazımdır".

Millət vəkili vurğuladı ki, Amerika Birləşmiş Ştatlarının qarşısında bu gün Rusiya var və Rusiyaya münasibətdə bunu eləmək mümkün deyil:

"Çünki Rusiya böyük nüvə ölkəsidir. Ona görə, məncə, hər hadisəni ayrıca şərh etmək lazımdır və hər dövlətlə münasibətlərə ayrıca baxmaq lazımdır. İndi isə yenə Tramp deyir ki, əks halda, yəni Alyaskada əldə olunan razılıq yerinə yetirilməsə, mən fərqli mövqe nümayiş etdirəcəm. Birincisi, Alyaskada hansısa razılığın əldə olunub-olunmaması və bunun kimin lehinə olması çox böyük sualdır. İkincisi, Trampın fərqli mövqeyi yenə mənə elə gəlir ki, iqtisadi, daha çox cəza tədbirləri ola bilər. Biz artıq bilirik ki, Tramp son dövrlərdə daha praqmatik davranmağa başlayıb. Uzaq mənzilli raketlərin satılması, onların istifadəsi ilə bağlı qadağanın qaldırılması və bu gün Rusiyanın dərinliklərinə doğru Ukrayna ordusunun həyata keçirdiyi əməliyyatlar, ordunun enerji təchizatına ziyan verilməsi kimi məsələlər artıq müəyyən fərqli mövqeyin göstəriciləridir. Mənə elə gəlir ki, bir qədər də daha cəsarətli davransa Amerika Birləşmiş Ştatları və Qərb İttifaqı, doğurdan da Rusiyanı sülhə gətirmək mümkün ola bilər".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri