Icma.az
close
up
RU
ABŞ Çin ticarət razılaşması: möhlət, yoxsa yeni fürsət?

ABŞ Çin ticarət razılaşması: möhlət, yoxsa yeni fürsət?

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İyun ayında ABŞ və Çin arasında əldə olunan yeni ticarət razılaşması, bir tərəfdən, iki böyük iqtisadiyyat arasında gərginliyin qismən yumşaldılması kimi təqdim edilsə də, digər tərəfdən, bu sənədin ictimaiyyətə açıqlanmaması və bəzi güzəştlərlə kifayətlənməsi onun daha çox taktiki xarakter daşıdığını göstərir.

Son aylar ərzində Londonda və Cenevrədə keçirilmiş bir neçə görüşün nəticəsi olaraq razılaşdırılan sənəd, rəsmi məlumatlara görə,
ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi tariflərin 55 faizə, Çin tərəfinin isə ABŞ mallarına qarşı tariflərin 10 faizə çatdırılması ilə nəticələnib. Bu rəqəmlər əvvəllər tətbiq edilən rekord səviyyəli tariflərlə müqayisədə nisbi yumşalma hesab olunsa da, razılaşmanın əsas məğzi daha çox qarşılıqlı strateji narahatlıqların müvəqqəti tənzimlənməsinə yönəlib.

Razılaşmanın tam mətni ictimaiyyətə təqdim olunmayacağı üçün onun hüquqi və iqtisadi strukturu barədə yalnız bəyanatlara əsaslanmaq mümkündür. Bu isə analitik qiymətləndirmələrin qeyri-müəyyən qalmasına səbəb olur. ABŞ-ın Ticarət naziri Hovard Latnikin sözlərinə görə, Çin nadir torpaq elementlərinin ixracına qoyduğu nəzarəti aradan qaldırır. Bu materiallar ABŞ-ın müdafiə və texnologiya sənayesi üçün həyati əhəmiyyət daşıyır və son illərdə Pekinin bu sahədəki dominantlığı Vaşinqtonda ciddi narahatlıq doğurmuşdu.

Çin isə öz növbəsində ABŞ-ın may ayında tətbiq etdiyi və etan ixracına nəzarət mexanizmlərinin yumşaldılmasını tələb edib. Bu tələb Çinin neft-kimya sənayesinin xammal təchizatının təhlükəsizliyi ilə bağlı strateji həssaslığını göstərir.

ABŞ üçün bu razılaşma, ticarət savaşının iqtisadi nəticələrinin daxili bazarlarda yaratdığı narahatlıqlar fonunda, həm siyasi, həm də iqtisadi baxımdan gərginliyi azaltmaq məqsədi daşıyır. Prezident Donald Tramp üçün bu cür razılaşmalar, bir tərəfdən xarici iqtisadi siyasətin uğuru kimi təqdim oluna, digər tərəfdən isə seçkiqabağı dövrdə daxili auditoriyaya ünvanlanmış geosiyasi jestlərdir.

Çin isə, ABŞ-la münasibətlərdə tam qarşıdurmadan yayınaraq, digər tərəfdaşlarla – Avropa İttifaqı, ASEAN, Rusiya və digər ölkələrlə iqtisadi diplomatiyasını balanslı şəkildə davam etdirmək istəyir. Belə bir razılaşma Çinə həm vaxt qazandırır, həm də alternativ bazarlara yönəlmək strategiyasını daha sistemli şəkildə qurmağa imkan yaradır.

Razılaşma Vaşinqtonun paralel olaraq Hindistan, Aİ, Yaponiya və Cənubi Koreya ilə apardığı danışıqlar kontekstində daha geniş strategiyanın tərkib hissəsidir. Prezident Tramp Hindistanla qarşılıqlı ticarət manelərinin aradan qaldırılmasına yönəlmiş yeni sazişi elan etsə də, bu bəyanatın real nəticələrə çevrilməsi hazırda qeyri-müəyyəndir.

ABŞ-ın Avropa İttifaqı ilə münasibətləri də mürəkkəb mərhələdədir: Bloomberg-in məlumatlarına görə, Brüssel bəzi əks tədbirlərdən imtina etməklə Vaşinqtonla razılaşma əldə etməyə çalışır. Bu isə Tramp tərəfindən elan edilən 90 günlük ticarət fasiləsinin 9 iyulda başa çatacağı təqviminə uyğun gəlir və Aİ üçün taktiki güzəştləri stimullaşdırır.

Siyasi müşahidəçilərin sözlərinə görə, yeni razılaşma daha çox “danışıqlar üçün nəfəs alma müddəti” rolunu oynayır və əslində, strukturlaşmış iqtisadi sabitlik və ya dərin iqtisadi inteqrasiya yaratmaq məqsədi daşımır. Tərəflər arasında əsas sistemli problemlər – texnoloji hegemonluq, intellektual mülkiyyətin qorunması, valyuta manipulyasiyaları və strateji sektorların qorunması məsələləri – hələ də açıq qalır.

Bu baxımdan razılaşma daha çox “siyasi taktika” və “zamana oynamaq” alətidir. Çin bu məqamda digər tərəfdaşlarla əlaqələri dərinləşdirməyə çalışacaq, ABŞ isə qarşıdan gələn seçkilər və geoiqtisadi reytinqlər fonunda yeni müqavilələri ictimaiyyətdə uğur kimi təqdim etməyə can atacaq. 

Bir sözlə, ABŞ–Çin razılaşması qlobal ticarət müharibəsinin bitdiyi anlamına gəlmir. Bu, daha çox böyük oyunçular arasında “strateji fasilə”dir – növbəti mərhələlər üçün mövqelərin yenidən qurulduğu bir dövrdür. Razılaşmanın effektivliyi yalnız tərəflərin onu sabitlik platformasına çevirmək istəkləri ilə deyil, həm də üçüncü aktorların – Hindistan, Aİ, ASEAN və digərlərinin hansı istiqamətdə mövqe tutacağından asılı olacaq.

Səbuhi MƏMMƏDOV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri