Icma.az
close
up
RU
ABŞ Çinin nadir torpaq metallarına ixrac nəzarətini dayandırmağa çalışır

ABŞ Çinin nadir torpaq metallarına ixrac nəzarətini dayandırmağa çalışır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında gözlənilən danışıqların əsas mövzularından biri Çinin nadir torpaq metallarına ixracına tətbiq etdiyi nəzarət məsələsi olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Cemison Qr “Fox News” telekanalına açıqlamasında deyib.

Bildirib ki, Vaşinqtonun məqsədi bu nəzarətlərin qüvvəyə minməməsinə nail olmaqdır: “Təfərrüata varmayacağam, amma məqsədimiz çox geniş olan bu nəzarətlərin qüvvəyə minməməsinə əmin olmaqdır”.

Qr əlavə edib ki, hər iki tərəf “irəliyə doğru yol tapmaq üçün çox konstruktiv danışıqlar aparıb”, lakin yekun qərar Prezident Tramp və Çin Sədri Si Cinpindən asılı olacaq.

Bir gün əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent bildirmişdi ki, tərəflər ticarət sazişinin əsas müddəaları üzrə razılığa gəliblər.

Çin Ticarət Nazirliyi də danışıqlardan sonra bəyan edib ki, “Çin və ABŞ nümayəndə heyətləri müvafiq ticarət məsələlərinin həlli mexanizmləri üzrə əsas konsensus əldə ediblər”.

Xatırladaq ki, bundan əvvəl Çin Ticarət Nazirliyi noyabrın 8-dən etibarən nadir torpaq elementləri ilə əlaqəli bir sıra mallara ixrac nəzarəti tətbiq edəcəyini açıqlamışdı.

Tramp bu qərarı “düşmənçilik addımı” adlandıraraq, cavab olaraq Çin mallarına 100 faizlik rüsum və Çin proqram təminatına ixrac məhdudiyyətləri tətbiq etməyi nəzərdən keçirdiyini bildirmişdi.

Tramp və Si Cinpinin cümə axşamı Cənubi Koreyada görüşəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 06:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see235

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri