Icma.az
close
up
RU
ABŞ Çinin ucuz neft dəryasını qurudur

ABŞ Çinin ucuz neft dəryasını qurudur

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Venesuelanı nəzarətə götürdükdən sonra bu ölkənin neftini fərqli ölkələrə satmağa başlayıb. Venesuela keçmiş illərdə olduğu kimi Çinə və Kubaya neft sata bilmir. Çinin Venesueladan ucuz neft ala bilməməsi və İran ətrafında artan gərginlik Pekini ciddi narahat edir”.
Turkustan.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, ABŞ İranı da ram edərsə, Çin bu ölkədən də ucuz neft ala bilməyəcək: “İqtisadiyyatı böyüməkdə davam edən Çinin baha qiymətə neft alışı isə bu ölkədə enerji qiymətlərinə təsir edəcək və bu istehsal edilən məhsulların qiymətini artıracaq. Venesuela neftindən məhrumiyyət Kuba iqtisadiyyatına daha mənfi təsir edib. ABŞ-ın təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Kubada turistlər geri qayıda bilmirlər. Çünki, yanacağın yoxluğu hava limanlarındakı təyyarələrin havaya qalxmasını əngəlləyib”.
E.Şahinoğlu qeyd edib ki, “Bloomberg” agentliyinin məlumatına görə, İsrail Venesueladan neft almağa başlayıb: “Venesuela nefti İsrailin “Bazan Group” neftayırma kompleksinə daxil olub. Nikolas Maduro prezident olduğu illərdə Venesuela İsrailə neft satmırdı. İsrail hökuməti Venesueladan neft alışı barədə rəsmi açıqlama yayımlamasa da, Latın Amerikasının bu ölkəsindən neftlə dolu tankerlərinin bir qisminin İsrail limanlarına yaxınlaşdığı barədə məlumatlar var”.
Politoloq bildirib ki, Venesuelanın ABŞ və İsraillə yanaşı İspaniya və Hindistana da neft satdığı gələn xəbərlər arasındadır: ““Bloomberg” agentliyinin məlumatına görə, Hindistanın nəhəng “Reliance Industries” şirkəti Venesueladann neft almağa başlayıb. 2 milyon ton neft daşımaq gücünə malik olan tanker Hindistan sahillərinə yaxınlaşıb. Bundan əvvəl Hindistanın “Reliance” şirkəti Venesueladann neft alırdı”.
“ABŞ Prezidenti Donald Tramp daha əvvəl Hindistanın Rusiya və İrandan deyil, Venesueladan neft alacağını bildirmişdi. ABŞ Prezidenti Dehli ilə razılıq əldə etdiyini və Hindistanın Venesueladann neft alacağına dair konsepsiyanın təsdiq olunduğunu söyləmişdi. Buna baxmayaraq, Hindistanın neftayırma zavodları ucuz Rusiya neftindən tam imtina etməyiblər. Rusiya neftinin Hindistana idxalı daha sərfəli olaraq dəyərləndirilir”, – deyə Elxan Şahinoğlu qeyd edib. /BakuPost/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Fevral 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri