Icma.az
close
up
RU
“ABŞ çökəcək” deyən müdrik deputatımıza xatırlatma...

“ABŞ çökəcək” deyən müdrik deputatımıza xatırlatma...

Icma.az bildirir, Axar.az portalına istinadən.

Milli Məclisin çox hörmətli deputatlarından Rüfət Quliyev “iqtisadçı olaraq” olduqca peşəkar açıqlama ilə çıxış edib – sosial şəbəkələrdə yayılır və maraqla da qarşılanır. Çünki sözü deyən şəxs mötəbər döş nişanına malikdir.

Deputatımız bildirir: “ABŞ və İsrailin özündə hərbi sursatlar tükənir. Təsəvvür edin, iqtisadçı kimi deyirəm: İran o tərəfdən 100 dənə dron-kamikadze göndərir. Onun biri 3-5 min dollar da eləmir. Onları “Petriot”la (“Patriot”) vururlar. “Petriot” raketinin biri 2 milyon dollardır. Sən nə qədər 5 minlik hərbi sursatı 2 milyon dollarlıq raketlə vuracaqsan? Buna heç bir iqtisadiyyat dözməyəcək”.

Deputatımızın “3-5 min dollar” olaraq dediyi İran kamikadze-dronlarının qiyməti 20 min dolların üstündədir – bu bir!

İkincisi, özünü savadlı göstərmək üçün “partiot”a “petriot” deməyə heç bir ehtiyac yoxdur. Bu söz HHM sisteminin adına verilməzdən öncə dilimizə “patriot” kimi qəbul olunub – məsələn, “avtobus” sözü kimi. Halbuki “bus” yox, “bas” kimi oxunmalıdır. Ancaq dilimiz “bus” olaraq qəbul etdiyi üçün bu sözə “bas” deyə bilməzsən.

Yəni bu kontektdə “Patriot” sisteminə “Petriot” demək ingilis dili haqda təsəvvürünün olduğu görüntüsü yarada bilər, əvəzində Azərbaycan dilini bilmədiyinin göstəricisidir. Azərbaycan Milli Məclisinin deputatı isə ingilis yox, ilk növbədə Azərbaycan dilini bilməsi ilə qürrələnməlidir.

Üçüncüsü, peşəkar iqtisadçı kimi danışan deputatımız deyəsən ABŞ iqtisadiyyatı haqda normal informasiyaya və təsəvvürə malik deyil. ABŞ-ın yalnız hərbi büdcəsi 1 trilyon dollara yaxındır. İranın hərbi büdcəsi isə cəmi 10 milyard dollardır.

ABŞ iqtisadiyyatı dünya üzrə ÜDM-in 25 faizini təşkil edir – yəni bunu təsəvvür edə bilirmi bizim sayğıdəyər iqtisadçı, savadlı, intellektual deputatımız?

İranda iqtisadiyyat məhv olub, yanvar qırğınları məhz iqtisadi çöküşün fəsadları idi: İran ona görə qarışdı ki, dollar qəfildən bahalaşdı. Hazırda dollar bu ölkədə 170 min tümən civarındadır, minimum maaş isə 15 milyon tümən – yəni 100 dollardan da azdır...

2001-ci ili xatırladım. 11 Sentyabrdan sonra ABŞ Əfqanıstana qarşı hərbi əməliyyatı yeni başlatmışdı. Həmin vaxt Rusiyanın mərkəzi kanallarından birində “Xəbərlər” proqramından sonra “A” adlı günün siyasi-ictimai təhlili gedirdi. O dövr üçün ümumu ənənə idi, bütün ölkələrin kanallarında “Xəbərlər”dən sonra 5 dəqiqəlik siyasi baxış təqdim edilirdi (ANS-də Orxan Fikrətoğlunun müəllif verilişi o qəbildən idi).

Demək, ABŞ B-2-ləri göndərib, Əfqanıstana bomba yağış kimi yağır. Eynilə bizim deputatımız Rüfət Quliyev kimi biriləri çıxıb deyir ki, ABŞ 2 milyonluq bomba ilə Əfqanıstanda 300 dollarlıq çadırları vurur.

“A”nın məşhur şərhçisi tarixə keçən bir söz demişdi: “Doğrudur, ABŞ 2 milyonluq bomba ilə 300 dollarlıq çadırı vurur. “A” – (lakin) ABŞ üçün 2 milyon dollar heç nədir, Əfqanıstan iqtisadiyyatı üçünsə 300 dollar hər şeydir”.

Görünür, bizim deputatımızın iqtisadi bilikləri siqaret alveri ilə məhdudlaşır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Mart 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri