ABŞ da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Konqresinə keçiriləcək seçkilərdə demokratların qələbəsi Ukraynaya hərbi dəstəyin əhəmiyyətli dərəcədə artırılacağına zəmanət vermir. Bu qələbə Prezident Donald Trampın xarici siyasət kursunu Rusiya istiqamətində dəyişməsinə də mane olmayacaq.
Bu barədə Politico Avropa rəsmilərinə və amerikalı qanunvericilərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropada demokratların Konqresdə nəzarəti yenidən ələ keçirməsi halında belə ciddi dəyişikliklər gözlənilmir. Mümkün müsbət nəticələr arasında Ukrayna üçün peyk rabitəsinin bərpası və zenit raketlərinin tədarükünün sürətləndirilməsi göstərilir.
Avropalı rəsmilərdən biri qeyd edib ki, seçkilərin nəticələri müəyyən rahatlıq yarada bilər. Lakin ABŞ hökumətinin bundan sonrakı fəaliyyətinin necə olacağı hələ də proqnozlaşdırıla bilməz.
Demokrat konqresmen Adam Smit də partiyasının qələbəsinin vəziyyətin yaxşılaşması istiqamətində yalnız ilk addım olacağını bildirib. Onun sözlərinə görə, təkcə bu qələbə ABŞ-ın Ukraynaya münasibətdə siyasətinə yenidən baxılmasına nail olmaq üçün kifayət deyil.
*Politico*nun yazdığına görə, Avropa nümayəndələri demokratların imkanlarının məhdud olduğunu artıq etiraf edirlər. Konqresdə çoxluğa sahib olsalar belə, onların Vaşinqtonun prioritetlərini köklü şəkildə dəyişməsi və ya Kiyevə hərbi yardımın kəskin artırılmasını təmin etməsi çətin görünür.
Bununla yanaşı, demokratların Ukraynaya dəstək məqsədilə müəyyən addımlar atmaq üçün imkanları qalacaq. Xüsusilə, onlar Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsinin həyata keçirilməsinə nail olmağa çalışa bilərlər.
“Cəhənnəm sanksiyaları” adlandırılan bu qanun layihəsinin icrasını Donald Tramp daha əvvəl təxirə salıb.
Post navigationPrevious: Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 22 Oktyabr 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















