Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

ABŞ da erməni lobbisinin sülhə badalağı

ABŞ da erməni lobbisinin sülhə badalağı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Konqresin fitnəkar düzəlişi Ağ Evin siyasətinə ziddir

Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəklədiyi növbəti təşəbbüs Konqresdə gündəmə gətirilib. Bu, son dövrlər təşkilatın Azərbaycan əleyhinə irəli sürdüyü silsilə təşəbbüslərdən biri kimi qiymətləndirilir. Bundan əvvəl ermənipərəst konqresmenlər Dövlət Departamentinə müraciətlər etmiş, həmçinin Konqresdə bu mövzu ətrafında dinləmələrin keçirilməsinə nail olmağa çalışmışdılar. İndi isə eyni xətt Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində davam etdirilib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Azərbaycana Bakıda saxlanılan erməni əsilli şəxslərin azad olunmasına çağırış edən düzəlişi qəbul edib. Bu barədə məlumatı ANCA özü yayıb. Məlumata görə, Komitə 44 lehinə, 7 əleyhinə səslə H.R. 9087 – Nümayəndələr Palatasının Diplomatik Xidmət haqqında qanun layihəsinə düzəlişi dəstəkləyib. Düzəlişdə Azərbaycana müraciət edilərək Bakıda saxlanılan bütün erməni əsilli şəxslərin “dərhal və qeyd-şərtsiz azad olunması” çağırışı yer alıb.

Təşəbbüs ABŞ Konqresində fəaliyyət göstərən Erməni kokusunun sədr müavini, qatı ermənipərəst demokrat konqresmen Bred Şerman tərəfindən irəli sürülüb. Düzəliş Komitənin sədri, respublikaçı Brayan Mastın dəstəyi ilə təqdim edilib. ANCA bu təşəbbüsü açıq şəkildə dəstəklədiyini bəyan edib. B.Şerman qəbul edilən qərarı şərh edərkən bildirib ki, Konqres qarşısında mövqeyini bir daha rəsmiləşdirməkdən qürur duyur və onun sözlərinə görə, Azərbaycanda saxlanılan ermənilərin azad olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

ANCA-nın icraçı direktoru Aram Amparyan isə iddia edib ki, Bakıda saxlanılan şəxslərin azad edilməsi, Qarabağdan köçmüş ermənilərin geri qayıtması və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən çıxarılması (?) sülh üçün ilkin şərtlərdir və bunlar danışıq predmeti ola bilməz.

Konqres Ağ Evə qarşı?

Lakin diqqətçəkən əsas məqamlardan biri ondan ibarətdir ki, bu təşəbbüs ABŞ Konqresində müəyyən konqresmenlərin mövqeyini əks etdirsə də, onun Vaşinqton administrasiyasının Cənubi Qafqaz siyasəti ilə nə dərəcədə uzlaşdığı sual doğurur. Son aylarda Ağ Ev və Prezident Donald Tramp administrasiyası Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş diplomatik səyləri dəstəkləyən bəyanatlar verib. Bu baxımdan Konqresdə irəli sürülən və tərəflərdən yalnız birinə yönələn siyasi çağırışların regionda etimad mühitinə hansı təsiri göstərə biləcəyi ekspertlər arasında müzakirə mövzusu olaraq qalır.

ABŞ Konqresində qəbul edilən bu düzəliş ilk baxışdan Vaşinqtonun ümumi siyasətinin tərkib hissəsi kimi görünə bilər. Lakin proseslərə yaxından nəzər saldıqda fərqli mənzərə ortaya çıxır. Xarici siyasətin formalaşdırılmasında Konqres mühüm rol oynasa da, ABŞ-ın rəsmi diplomatik kursunu Ağ Ev və administrasiya müəyyənləşdirir. Son aylarda Prezident Donald Tramp administrasiyasının Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş siyasəti də məhz bu prizmadan qiymətləndirilir.

Vaşinqton dəfələrlə Cənubi Qafqazda dayanıqlı sülhün ABŞ-ın regional maraqlarına cavab verdiyini bəyan edib. Rəsmi açıqlamalarda tərəflər arasında birbaşa dialoqun davam etdirilməsi, yekun sülh sazişinin imzalanmasının təşviqi və regionda uzunmüddətli sabitliyin təmin olunmasının vacibliyi ön plana çəkilir. Bu baxımdan ABŞ administrasiyasının əsas prioriteti tərəflər arasında yeni qarşıdurma yaratmaq deyil, danışıqlar prosesini irəli aparmaq kimi qiymətləndirilir. Məhz buna görə də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən düzəliş Vaşinqtonun rəsmi diplomatik xətti ilə eyni məzmun daşımır. Sənəd hüquqi baxımdan Ağ Ev üçün məcburi xarakter daşımır və daha çox Komitənin siyasi mövqeyini ifadə edir. Bununla belə, belə təşəbbüslər Azərbaycan–Ermənistan münasibətlərinin ən həssas mərhələsində əlavə siyasi gərginlik yarada və danışıqlar mühitinə mənfi təsir göstərə bilər.

Diqqətçəkən başqa bir məqam isə düzəlişin ANCA-nın açıq dəstəyi ilə irəli sürülməsidir. ABŞ-da fəaliyyət göstərən erməni təşkilatları uzun illərdir Konqresdə özlərinə yaxın konqresmenlərlə əməkdaşlıq edərək müxtəlif qətnamə və təşəbbüslərin gündəmə çıxarılmasına çalışırlar. Bu baxımdan son qərar da həmin lobbiçilik fəaliyyətinin növbəti nümunəsi kimi qiymətləndirilir.

Azərbaycan tərəfi isə məsələni tamamilə fərqli müstəvidə dəyərləndirir. Rəsmi Bakının mövqeyinə görə, hazırda cəza çəkən şəxslər etnik mənsubiyyətlərinə görə deyil, Azərbaycan qanunvericiliyinə əsasən onlara irəli sürülmüş konkret cinayət ittihamlarına görə mühakimə olunublar. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirib ki, ağır cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırışlar qəbuledilməzdir. Dövlətimizin başçısı belə çağırışları tarixi analoqlarla müqayisə edərək onların hüquq və ədalət prinsipləri ilə uzlaşmadığını vurğulayıb.

Bütün bunların fonunda ekspertlər hesab edirlər ki, hazırkı mərhələdə beynəlxalq aktorların əsas diqqəti tərəflər arasında əldə olunmuş irəliləyişin qorunmasına və yekun sülh sazişinin imzalanmasına yönəlməlidir. Çünki uzun illər davam edən münaqişədən sonra formalaşmağa başlayan yeni siyasi reallığın möhkəmləndirilməsi həm region ölkələrinin, həm də beynəlxalq tərəfdaşların maraqlarına uyğundur.

Sülh yolunda siyasi təxribat

Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları son illərdə ən mühüm mərhələsinə qədəm qoyub. Tərəflər sülh sazişinin mətni üzrə prinsipial razılıq əldə ediblər və hazırda diqqət sənədin imzalanmasına yönəlib. Belə bir mərhələdə ayrı-ayrı siyasi dairələrin birtərəfli xarakter daşıyan təşəbbüslərlə çıxış etməsi regionda etimadın möhkəmlənməsinə deyil, əksinə, mövcud həssas atmosferin mürəkkəbləşməsinə səbəb ola bilər.

Analitiklərin fikrincə, Cənubi Qafqaz hazırda yeni geosiyasi reallıq formalaşdıran regionlardan biridir. ABŞ da daxil olmaqla beynəlxalq aktorların marağı bölgədə uzunmüddətli sabitliyin təmin olunması, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və yeni qarşıdurma risklərinin minimuma endirilməsindən ibarətdir. Bu baxımdan tərəflərdən yalnız birinə yönələn siyasi bəyanatların və çağırışların sülh gündəminə müsbət töhfə vermədiyi barədə fikirlər səsləndirilir. Eyni zamanda, ABŞ Konqresində ayrı-ayrı üzvlərin irəli sürdüyü təşəbbüslərlə Ağ Evin strateji yanaşmasını eyniləşdirmək düzgün deyil. ABŞ siyasi sistemində qanunverici və icraedici hakimiyyət müxtəlif mövqelər nümayiş etdirə bilir. Bu səbəbdən də Konqresdə qəbul edilən hər bir qərarın administrasiyanın rəsmi xarici siyasət kursunu əks etdirdiyini söyləmək mümkün deyil. Əksinə, son aylarda Vaşinqtonun əsas diqqəti regionda yeni gərginlik ocaqlarının yaranmasının qarşısını almağa və sülh gündəliyini dəstəkləməyə yönəlib.

Bütün bunlar göstərir ki, regionda davamlı sülhün əldə olunması üçün emosional siyasi çağırışlardan daha çox beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qarşılıqlı etimadın möhkəmləndirilməsinə əsaslanan yanaşmaya ehtiyac var. Məhz belə bir xətt həm Azərbaycan, həm Ermənistan, həm də regionun gələcək təhlükəsizliyi baxımından daha dayanıqlı nəticələr vəd edir.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bu fikirdədir ki, ABŞ Konqresində qəbul edilən bu tip təşəbbüsləri Vaşinqtonun vahid dövlət siyasəti kimi qiymətləndirmək düzgün olmazdı. ABŞ siyasi sistemi elə qurulub ki, Konqres üzvləri müxtəlif maraq qruplarının təsiri altında fərqli təşəbbüslərlə çıxış edə bilirlər. Bu baxımdan Xarici Əlaqələr Komitəsində qəbul olunan düzəliş daha çox müəyyən siyasi dairələrin mövqeyini əks etdirir və administrasiya üçün hüquqi baxımdan məcburi xarakter daşımır.

Hazırda ABŞ administrasiyasının prioritet istiqamətlərindən biri Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi və Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasının təşviq edilməsidir. Vaşinqton üçün regionun qarşıdurma meydanına çevrilməsi deyil, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat marşrutlarının inkişafı daha böyük strateji əhəmiyyət daşıyır.

Bu baxımdan tərəflərdən yalnız birinə yönələn siyasi çağırışlar danışıqlar prosesində əlavə həssaslıq yarada bilər. Sülh prosesi qarşılıqlı etimad tələb edir və bu etimadın qorunması həm regional, həm də qlobal aktorların maraqlarına uyğundur. Beynəlxalq tərəfdaşların ən mühüm vəzifəsi danışıqlar prosesini siyasiləşdirmək deyil, onun davamlılığını dəstəkləməkdən ibarət olmalıdır.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyul 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri