ABŞ da Halloween alış verişi faciə ilə nəticələndi: 1 ölü, 6 yaralı
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-ın Kaliforniya ştatında Halloween bayramı ərəfəsində mağazada baş verən atışma nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb. Polis hadisədən sonra ərazidən qaçan şübhəlilərin saxlanılması üçün genişmiqyaslı araşdırmaya başlayıb.
Turkustan.az xəbər verir ki, hadisə San-Fransiskodan təxminən 76 kilometr şimal-şərqdə yerləşən Feyrfild şəhərində, Halloween bayramı üçün məhsullar satan “Spirit Halloween” mağazasında baş verib.
Feyrfild şəhərinin polis rəisi Den Marşall jurnalistlərə açıqlamasında atışmanın yerli vaxtla saat 20:30 radələrində baş verdiyini bildirib.
Həmin vaxt mağazada bayram alış-verişi edən çox sayda insan olub. Silah səsləri eşidildikdən sonra bir nəfər hadisə yerində həyatını itirib, altı nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Yaralılardan ən azı üçünün vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisəni törədən şübhəlilərin müəyyən edilərək saxlanılması istiqamətində araşdırmaları davam etdirir.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 31 Oktyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















