Icma.az
close
up
RU
Qış və sağlamlıq mifləri Nə doğrudur, nə yalan?

Qış və sağlamlıq mifləri Nə doğrudur, nə yalan?

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qış mövsümü yalnız bayram əhval-ruhiyyəsi gətirmir, həm də “donmamaq və xəstələnməmək üçün” saysız-hesabsız məsləhətlər yayılır. Dostlardan eşitdiyimiz və ya sosial şəbəkələrdə oxuduqlarımızın isə hamısı doğru deyil.

Lent.az xarici mediaya istinadla qışla bağlı ən çox yayılan sağlamlıq miflərinin hansının doğru, hansının uydurma olduğunu təqdim edir.

1-ci mif: Alkoqol bədəni isidir

Bir qədəh şərab içdikdə bədəndə isti hiss yarana bilər, amma bu uzun sürmür. Əslində alkoqol bədənin daxili temperaturunu azaldır və hipotermiya riskini artırır. Alkoqol soyuğa qarşı təbii müdafiə reaksiyalarını, məsələn, bədənin titrəməsini zəiflədir. Buna görə də alkoqolla isinmək təhlükəlidir.

2-ci mif: Qrip peyvəndi qripə səbəb olur

Qrip peyvəndi heç vaxt qrip yaratmır. Peyvənddən sonra yüngül əzələ ağrısı, yorğunluq və ya bir az hərarət ola bilər. Bu, immunitetin işə düşməsinin normal göstəricisidir. Əsl qrip isə daha ağır keçir, buna görə peyvəndi təxirə salmaq məsləhət deyil.

3-cü mif: Soyuq hava insanı xəstələndirir

Tez-tez eşidirik ki, yaş saçla çölə çıxmaq və ya nazik geyinmək soyuqdəymə yaradır. Amma xəstəliyə səbəb olan soyuq yox, viruslardır. Sadəcə, soyuq hava bədənin müdafiə sistemini bir qədər zəiflədə bilər və virusların burun boşluğunda çoxalmasını asanlaşdıra bilər. Buna görə isti geyinmək yenə də vacibdir.

4-cü mif: Kərəvizli toyuq bulyonu (şorba) xəstəliyi sağaldır

Toyuq bulyonu soyuqdəymədə klassik “dərman” kimi qəbul edilir. İsti mayelər həqiqətən boğaz ağrısını yüngülləşdirir, seliyi duruldur və bədəni nəmləndirir. Amma şorba xəstəliyi sağaltmır, sadəcə əlamətləri yüngülləşdirir. Yaxşı qidalanmaq və kifayət qədər maye qəbul etmək isə mütləq faydalıdır.

5-ci mif: Soyuqdəymə zamanı idman etmək olmaz

Əgər əlamətlər yüngüldürsə, fiziki aktivlik zərər verməyə bilər. Amma astma, ürək-damar xəstəlikləri və ya nəfəs darlığı kimi problemlər varsa, ehtiyatlı olmaq lazımdır. Şübhə olduqda həkimlə məsləhətləşmək ən doğru addımdır.

6-cı mif: Yaşıl və ya sarı burun axıntısı mütləq antibiotik tələb edir

Burun axıntısının rəngi bakterial infeksiya demək deyil. Yaşıl və sarı selik bədənin infeksiya ilə mübarizə apardığını göstərə bilər, amma bu, həmişə bakteriya mənşəli olmur. Antibiotiklər yalnız həkim qərarı ilə təyin edilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri