Icma.az
close
up
RU
Ana dilinin qorunmasında MEDİANIN ROLU Mövcud vəziyyət və zəruri ADDIMLAR

Ana dilinin qorunmasında MEDİANIN ROLU Mövcud vəziyyət və zəruri ADDIMLAR

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ona bəzən dövlət dili, bəzən rəsmi dil, bəzənsə ədəbi dil deyirik. Əslində isə o ana dilimizdir. Böyük Mirzə Cəlilin sözləri ilə desək, “salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya türk dilində layla deyirdi”.
Doğrudan da, insan dünyaya göz açdığı ilk gündən tərcüməçisi də, bələdçisi də yalnız anası olur. Hələ sevginin nə olduğunu anlamadığımız bir çağda ilk sehrinə düşdüyümüz məhz ana dilidir. Dünyanı onun sözləri ilə dərk edir, onun ifadələri ilə anlayırıq.
 

MÖVZU İLƏ BAĞLI:
Bakıda “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans KEÇİRİLİR


Zaman keçdikcə qazandığımız və sevdiyimiz heç nə ana dili qədər şirin olmur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev deyirdi:
“Öz ana dilini bilməyənlər şikəst adamlardır!” Azərbaycan Prezidenti İlham Əliyev isə vurğulayıb ki, “ana dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”.
Bu fikirlər açıq şəkildə göstərir ki, ana dilinin qorunması və inkişafı ümummilli borcdur.
Maddi sərvətdən mənəvi dəyərə
Son illərdə Azərbaycan dövləti maddi və mənəvi sərvətlərinə sahib çıxmaq istiqamətində ardıcıl və qətiyyətli addımlar atıb. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ildə isə suverenliyimizin tam bərpası bunun bariz nümunəsidir. Bu gün Azərbaycanın bütün ərazilərində dövlət bayrağı dalğalanır.
 

Lakin dövlət üçün milli sərvət anlayışı yalnız ərazi bütövlüyü ilə məhdudlaşmır. Ən böyük milli sərvətlərdən biri ana dilidir. Təsadüfi deyil ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Cənab Prezident İlham Əliyev ana dilinin qorunmasını daim xüsusi diqqət mərkəzində saxlayıb.


Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi bunun əyani ifadəsidir. Hər il bu tarixdə ana dilinin qorunması istiqamətində tədbirlər, müzakirələr keçirilir, hesabatlar təqdim olunur.
Eyni zamanda, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dili­nin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması istiqamətində mütərəqqi addımdır.
Dövlət səviyyəsində tədbirlər görülsə də...
Təbii ki, dövlət səviyyəsində bu cür önəmli, ardıcıl addımlar atılsa da, ana dilinin saflığının qorunması üçün daha sistemli tədbirlərin görülməsinə ehtiyac var. Təsadüfi deyil ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayırıb. Dövlət başçısı 10 il əvvəl – AMEA-nın 70 illik yubileyindəki çıxışını xatırladıb:
“On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”, - deyə Cənab Prezident bildirib.
 

Dövlət başçısı çıxışında həm televiziyalarda, həm yazılı mediada ana dilinin saflığının qorunmasının əhəmiyyətinə xüsusi diqqət çəkib, zəruri tədbirlərin görülməsi üçün çağırış edib.


“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı
Prezidentin çağırışından dərhal sonra, 7 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransın keçirilməsi təsadüfi deyildi. Bu tədbir medianın dil məsuliyyətini yenidən gündəmə gətirdi.
Konfransın ilk panel sessiyası “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti”, ikinci panel sessiyası isə ikinci panel sessiyası “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusuna həsr olundu.

Müzakirələr zamanı televiziya və radio efirlərində vurğu, fonetika və üslub problemlərindən tutmuş sosial media dilinin klassik ədəbi dili sıxışdırmasına qədər geniş spektrli məsələlər qabardıldı.
Çıxışlardan aydın oldu ki, qloballaşma şəraitində beynəlxalq leksikonun təsiri qaçılmaz olsa da, bu proses dilimizin daxili qanunauyğunluqlarını və estetik çərçivəsini pozmamalıdır. Eyni zamanda konfransda dil mədəniyyətinin qorunmasında jurnalistlərin, redaksiyaların və texnoloji alətlərin rolunun artdığı xüsusi vurğulanıb. Media məkanında dil məsuliyyətinin artırılmasına dair mühüm qərarlar qəbul olunub.
Konfransda qəbul olunan əsas qərarlar:
- Efir və yazılı mediada Azərbaycan ədəbi dilinin fonetik, orfoqrafik, orfoepik, üslubi və məntiqi normalarına sistemli şəkildə riayət olunması əsas tələb kimi müəyyənləşdirilib.
- Medianın cəmiyyətin dil zövqünü formalaşdıran əsas platforma olduğu vurğulanaraq, jurnalist və aparıcıların nitq texnikası və söz ehtiyatı üzərində davamlı işləməsinin vacibliyi qeyd edilib.
- Dialektizmlərin, yad sözlərin, bayağı ifadələrin və sosial şəbəkə üslubunun efirdə normaya çevrilməsinin qarşısının alınması zəruri hesab edilib.
- Rəqəmsal mühitdə, o cümlədən podkast və sosial platformalarda ədəbi dil normalarının qorunması və tərcümə alətlərində Azərbaycan dilinin keyfiyyətinin yüksəldilməsi tövsiyə olunub.
- Media qurumlarında dil redaktorlarının fəaliyyətinin institusional şəkildə təmin edilməsi və vahid daxili dil siyasətinin formalaşdırılması vacib sayılıb.
- Jurnalistika təhsilində Azərbaycan dili fənninin gücləndirilməsi, gənc jurnalistlər üçün ustad dərsləri və mütəmadi ixtisasartırma təlimlərinin təşkili qərara alınıb.
- Dil normalarına riayət olunması üzrə monitorinq mexanizmlərinin yaradılması və elektron orfoqrafik–orfoepik resursların media üçün əsas istinad bazasına çevrilməsi təklif edilib.
Qeyd olunub ki, qəbul edilən qərarların icrası mediada Azərbaycan ədəbi dilinin saflığının, peşəkarlığın və milli kimliyin qorunmasına mühüm töhfə verəcək.

Mediada dil normalarının qorunması üçün görülən tədbirlər
Onuda qeyd edək ki, Medianın İnkişafı Agentliyi mətbuatda dil normalarının qorunmasına xüsusi diqqət yetirir. Agentlik çap və onlayn media subyektlərində dil normalarına riayət olunması ilə bağlı mütəmadi monitorinqlər aparır, orfoqrafik, leksik və üslubi pozuntular üzrə ümumi mənzərə yaradır. Bu monitorinqlərin nəticələri redaksiyalara maarifləndirici tövsiyələr şəklində təqdim olunur.
Ana dilinin qorunmasına publisistik üslubun təsiri
Ana dilinin saflığının qorunması üçün medianın üzərinə xüsusi məsuliyyət düşür. AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Bizim.Media-ya müsahibəsində vurğulayıb ki, dilə ən çox söz məhz publisistik üslubdan gəlir:
“Publisistik üslub cəmiyyətin barometridir. Dünyada, cəmiyyətdə baş verən istənilən ictimai-siyasi hadisəyə publisistik üslub dərhal cavab verir”.
 

Professor həmçinin jurnalistlərin ana dilini dərindən bilməməsinin problemlərə səbəb olduğunu da vurğulayıb.


Bu fikirlər mətbuatın ana dilinin saflığının qorunması istiqamətində nə qədər böyük məsuliyyət daşıdığını bir daha təsdiqləyir.
Yəni jurnalistin ana dilini dərindən bilməməsi təkcə fərdi qüsur deyil, ictimai dil mühitinə birbaşa təsir edən sistemli problemdir. Buna görə də media üçün dil savadlılığı peşə bacarığı yox, milli məsuliyyət kimi qəbul edilməlidir.
Məsuliyyət hamımızındır
Ana dili milli kimliyimizin, mədəni yaddaşımızın və dövlətçilik ənənələrimizin əsas sütunudur. Qloballaşan dünyada bu dili qorumaq təkcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bu məsuliyyəti yalnız rəsmi qurumların üzərinə yükləmək doğru olmaz.
Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, “hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Bu dili yaşatmaq üçün isə hər bir vətəndaş öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri