Icma.az
close
up
RU
“Eh..nələr görmədin bu 80 ildə?” Ramiz Rövşəni kimlər necə TƏBRİK ETDİLƏR...

“Eh..nələr görmədin bu 80 ildə?” Ramiz Rövşəni kimlər necə TƏBRİK ETDİLƏR...

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, sözün ən dərin qatlarından danışan Xalq şairi Ramiz Rövşən 79 yaşını tamam edib, 80-nə a qədəm qoyub.
Ramiz Rövşən geniş oxucu kütləsi olan şairdir. Onun yaradıcılığı hər kəs tərəfindən sevilir, maraqla oxunur.
Ramiz Rövşənin şeirlərində nə süni bəzək var, nə də saxta nikbinlik. Orada həyat var – bəzən yorğun, bəzən üsyankar, bəzən də boynubükük həyat.
79 il… Bu illərin içində bir ömür boyu yazılmış misralar, bir neçə nəslin düşüncə tərzinə təsir edən şeirlər, dildə dolaşan, yaddaşda qalan sətirlər var.

Modern.az xəbər verir ki, Ramiz Rövşən 80 yaşına keçməsi münasibətilə özünə şeir həsr edib.

Həmin şeiri sosial şəbəkədə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid paylaşmaqla onu təbrik edib.
Bu gün sosial şəbəkədə Ramiz Rövşəni “təbrik yağışı”na tutublar. Diqqətçəkən təbriklərdən bəzilərini təqdim edirik:
Tanınmış şair Rüstəm Behrudi öz təbrik mətnində Ramiz Rövşəni Azərbaycan şeirinin son mogikanlarından biri adlandırıb.
Yazıçı Varis:
“Bir dəfə məndən soruşdular ki, Ramiz Rövşənə necə qiymət verərsən, ağlıma gələn fikir belə oldu: Ramiz Rövşən Azərbaycan poeziyasının lay divarıdır”.
Sabiq deputat Etibar Əliyev Ramiz Rövşənin tərcüməçi Natiq Səfərova həsr etdiyi “Adam” şerini və böyük şair Əli Kərim haqqında səsləndirdiyi fikirləri paylaşıb.
O, Əli Kərim "Sair" şeirinin sanki Ramiz Rövşənə ithaf edildiyini bildirib:

“Dünyada çoxdur şair,

Necə sayım onların hamısını birbəbir

Şair var ki, ömrünü

Başlamamış bitirir.

Cansız əsəriylə bir,

Ömrünü də itirir.

Şair var ki ümidi

Qafiyəyə, vəznədir.

Şair var ki, özünü

Başqasına bənzədir.

Amma şair də var ki,

Zamanın doğma öğlu;

İdrakın zirvəsindən,

Hissin yanğınlarından

Keçir şeirin yolu.

Belə şair də vardır:

Onun ömrünün yolu

Bir əbədi yazadır.

O, sözlər sərkərdəsi,

Fikirlər qəhrəmanı”.
Müsavat Məclisinin sədri Arif Hacılı:
“Hələ tələbəlik illərində bayram kimi gözlədiyimiz günlərdən biri də 15 dekabr idi. Ramiz Rövşənin ad günü. Onun bir vaxtlar mənə bağışladığını dediyi “Üz tutduğum adamlar da üzümə durdular mənim…” şerindən özsünün 80 yaşına yazdığı şerinədək bütün əsərləri fərqlidir, üstündür, istedadlıdır. 
Vaqif Bayatlının dediyi kimi, “unudulacaq unudulmaz hər nə var”, amma şair Ramiz Rövşənin əsərləri Azərbaycan ədəbiyyat tarixinin nadir inciləri kimi heç vaxt unudulmayacaq”.
Jurnalist Ramidə Allahverdiyeva:

“Elə bilirəm biz dünənki, tələbələrik, Ramiz Rövşən də sevdiyimiz şair. 1990-cı illərdə, yəni tələbəlik illərində "525-ci qəzet”ə yazılar verirdik. O vaxtı redaksiya "İçərişəhər" metrostansiyasına yaxın ərazidə yerləşirdi. Bir gün bizimlə söhbət edən əməkdaşlardan biri sual etdi ki, "qızlar, ən sevdiyiniz şair kimdir?"

Mən cavab verdim ki, Ramiz Rövşən. Həmin adam və yanındakı digər əməkdaşlar gülməyə başladılar. Açığı pis oldum. Niyə gülürdülər ki? Yəni, səmimiyyətimə, şairin yaradıcılığına vurğunluğuma şübhə edirdilər? Az keçmədi bir nəfər soruşdu ki, sizinlə söhbət edənin kimliyini bilirsiniz?

Cavab verdim ki, xeyr.

- Xanım, buyurun, tanış olun, Yaşar müəllim sevimli şairiniz Ramiz Rövşənin qardaşıdır.

Bu, mənim üçün böyük sürpriz idi. İndi şairin 80 yaşının tamamında inanmadığım rəqəm sən demə illərin o üzündə qalıbmış. Mənə dünən kimi gəlir.

Şair, qocalma. Deyirlər, qocalıq şöhrətdir, hər adama qismət olmur. Həmişə cavan qalın, yazın, yaradın. Eybi yox, soğan soya-soya ağlaya da bilərik, göy üzünə daş da ata bilərik, içimizdən yıxıla da bilərik, analar aldada da bilər bizi, amma dünya qəfil işıqlananda hər şey gözəl olacaq. Yağış yuyub, gün qurudacaq deyə, gedək biz olmayan yerə deyəcəyik”.
Deputat Nigar Məmmədova:
“Milyonlarla oxucusu olan şair deyir ki, “oxucudan “azad olmaq”, amma onu sevmək lazımdır. O da səni sevirsə, bu, ikiqat meyardır.” Ramiz Rövşənin zəngin, fəlsəfi yaradıcılığı hər birimizin ruhunu oxşayır. Şairin öz təbirincə desək, “Dünyadan sən necə bezəsən axı, hələ yazılmayan varaqların var”.

Bundan sonra da yazılmayan varaqlarınızı oxumaq diləyilə, dəyərli söz ustadı!

Doğum gününüzü ürəkdən təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!”


A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri