Icma.az
close
up
RU
ABŞ da ikitirəlik Çin və Rusiya kəşfiyyatı hərəkətə keçdi

ABŞ da ikitirəlik Çin və Rusiya kəşfiyyatı hərəkətə keçdi

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"ABŞ Prezidenti Donald Tramp İlon Maska tapşırıb ki, dövlət idarələrində işçilərin sayını azaltsın və bununla büdcə əlavə yükdən qurtulsun. Mask da işə elə girişib ki, bu gedişlə az qala dövlət idarələrinin işçiləri yarıbayarı azalacaq".

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Tramp və Mask hesab edirlər ki, dövlət idarələrinin bir çoxunda işçilərin sadəcə adı var, pullar kimlərinsə cibinə gedir:


" Mask bunu müəyyənləşdirmək üçün rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti vasitəsilə dövlət idarələrinin hər bir işçisinə məktub göndərib. Məktubda işçi bir neçə sadə suala cavab verməlidir.

Bu yanaşma dövlət idarələrində gərginlik yaradıb. Birincisi, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi kimi dövlət idarələrinin bir qrup işçisi məxfilik şəraitində çalışır. İlon Maskın tələbinə görə, onlar da suallara cavab verməlidir. Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri isə rəqib dövlətlər olan Rusiya və Çinin bu yolla məxfi işçilər barədə sirlərə yiyələnə biləcəyindən ehtiyat edirlər. Çünki, Rusiya və ya Çin kiberhücumlar vasitəsilə Maskın rəhbəri olduğu idarədən məlumatları oğurlaya bilərlər.

İkincisi, Maskın təşəbbüsləri Prezident Donald Trampın təyin etdiyi nazirlərin də narazılığına səbəb olub. Onların bir qismi işçilərinə tapşırıb ki, Maska heç bir məlumat verməsinlər. Bu vəziyyət dövlət idarələrinin işçiləri arasında ikitirəlik yaradıb. Müdir deyir, Maskın suallarına cavab vermə, Prezidentin təyin etdiyi şəxs isə deyir ki, “suallar cavabsız qalarsa, həmin işçi ixtisar ediləcək”. Bəzi işçilər Maskdan daha çox ehtiyat etdiklərinə görə, suallara cavab verməyə üstünlük veriblər. Çünki, Tramp Maskın hər təşəbbüsünü dəstəkləyir".

E.Şahinoğlu qeyd edib ki, işçilərin ixtisarıyla bağlı ABŞ başqa bir problemlə də üzləşib:

"Amerikanın CNN televiziya kanalı kəşfiyyat məlumatlarına dayanaraq işdən çıxarılanlara Rusiya və Çinin diqqəti artdığını bildirib. Rusiya və Çin ixtisara düşən işçilərin bir qismini ələ almağa çalışır. İşdən çıxarılanların bir qisminin ABŞ-ın kəşfiyyat məlumatlarına çıxış imkanları olub. Rusiya və Çin həmin məlumatları əldə etmək üçün ixtisara düşən keçmiş hökuməti işçisini yüksək maaşla ölkələrinə dəvət edirlər. Bu hallar keçmiş illərdə də olub. Misal üçün, ABŞ-ın texnoloji şirkətlərində çalışanların bir qismi Çində yüksək maaşla çalışırlar. Çin Amerikada işdən çıxarılanları müəyyənləşdirmək üçün sosial platformaların gücündən istifadə edir. Aydındır ki, ixtisara düşən işçi özünü və ailəsini dolandırmaq məqsədilə sosial platformalardan iş elan verəcək. Çin və Rusiya da bu elan üzərindən həmin işçi ilə əlaqə saxlayacaq. Beləliklə, Donald Tramp və İlon Mask dövlət aparatının yükünü azaltmaq istəyərkən, ABŞ üçün daha böyük problem yaradıblar".

Zaur,BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri