Icma.az
close
up
RU
ABŞ da imzalanan sülh sazişi: Dünya mediası nə yazır?

ABŞ da imzalanan sülh sazişi: Dünya mediası nə yazır?

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında illərlə davam edən münaqişəyə son qoymaq məqsədilə sülh sazişi imzalanıb. Ağ Evdə keçirilən mərasimə ABŞ Prezidenti Donald Tramp şəxsən rəhbərlik edib. Razılaşma Zəngəzur dəhlizinin açılması, bölgədə yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulması, həmçinin Vaşinqtonun Cənubi Qafqazdakı təsirinin artması ilə diqqət çəkir. Dünyanın aparıcı media orqanları bu tarixi sənədi həm regional sabitlik, həm də böyük geosiyasi dəyişiklik kimi qiymətləndirir.

Tribunainfo.az bu barədə dünya mediasının çıxışlarını təqdim edir:

ABŞ-ın “The Washington Post“ qəzeti yazır ki, Ağ Evdə imzalanma mərasimi ABŞ diplomatiyasının son illərdə Cənubi Qafqazda qazandığı ən mühüm uğur kimi təqdim olunur. Donald Tramp sənədi “Amerikanın sülh mirası” adlandırıb. Nəşr qeyd edir ki, Moskva prosesdən tamamilə kənarda qalaraq bölgədəki ənənəvi vasitəçi statusunu itirib. Lakin erməni diasporu razılaşmanı tənqid edərək, Qarabağdan köçürülən ermənilərin hüquqlarının sənəddə yer almadığını bildirib.

Dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biri olan “Time” dərgisinin sözlərinə görə, razılaşmada əsas diqqətin Zəngəzur dəhlizinə yönəldiyini vurğulayıb. “TRIPP” (Trump Route for International Peace and Prosperity) adı ilə 99 illik inkişaf hüququ ABŞ-a verilib. Bu, həm yük, həm də enerji tranziti baxımından strateji əhəmiyyət daşıyır. “Time” nəşri yazır ki, addım İran və Rusiyanın bölgədəki təsirini zəiflədir, ABŞ-Türkiyə əməkdaşlığını isə gücləndirir. ABŞ daxilində isə bu uğur Trampın siyasi imicini gücləndirən amil kimi görülür.

Nyu-York şəhərində yerləşən beynəlxalq xəbər agentliyi “Associated Press” (AP) bu barədə xəbər verir ki, Bakıda razılaşma böyük ümidlə qarşılanıb. Sosial şəbəkələrdə və küçələrdə “qalıcı sülh” çağırışları edilib. Ermənistanda isə hisslər qarışıqdır: bir qisim bunu “məcburi güzəşt” adlandırır, digərləri isə münaqişənin bağlanmasını müsbət addım kimi dəyərləndirir. Agentlik sənəddə ermənilərin geri qayıtması və kompensasiya məsələlərinin açıq qaldığını qeyd edib.

Nüfuzlu “Politico” nəşri bildirir ki, ABŞ bu sazişlə Cənubi Qafqazda “əsas təhlükəsizlik təminatçısı” rolunu möhkəmləndirmək niyyətindədir. Erməni-amerikan lobbiləri isə Zəngəzur dəhlizinin beynəlxalq nəzarətə keçməsini strateji risk kimi görür. Bununla yanaşı, nəşrdə qeyd olunur ki, sərhədlərin dəqiq müəyyənləşməsi və iqtisadi əlaqələrin bərpası bölgəyə uzunmüddətli sabitlik gətirə biləcək.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri