Icma.az
close
up
RU
ABŞ da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

ABŞ da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Niyə son zamanlar ABŞ-ın ən elit antiterror idarələrində İran üzrə mütəxəssislər işdən çıxarılır? Niyə ABŞ-ın hərbi müdaxiləsinə 3 gün qalmış FTB-nin əks-kəşfiyyat idarəsindən 12 nəfər işdən uzaqlaşdırıldı? Kimlər Trampı İrana hərbi müdaxilədən çəkindirməyə çalışır?

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

“İran mövzusu uzun illərdir ki, ABŞ-da Respublikaçılar Partiyası daxilində ən mübahisəli məsələlərdən biri olaraq qalır. Bir tərəfdə ənənəvi olaraq aktiv xarici siyasəti müdafiə edən neokonservatorlar dayanır. Onlar İranı Yaxın Şərqdə əsas təhlükə kimi görür və problemi həll etmək üçün hərbi müdaxiləni mümkün variant hesab edirlər.

Digər tərəfdə isə son illərdə, Trampın ətrafında güclənən izolyasionistlər var. Onların mövqeyi ABŞ-ın xarici münaqişələrdə iştirakının azaldılması, müttəfiqlik öhdəliklərinin yenidən nəzərdən keçirilməsi və İsrailin ABŞ xarici siyasətinə təsirinin zəiflədilməsindən ibarətdir”, - politoloq bildirib.

O xatırladıb ki, 2023-cü ildə Trampa qarşı prezident postunu tərk etdikdən sonra məxfi sənədləri qanunsuz saxlamaqla bağlı cinayət işi qaldırıldı:

“Diqqət mərkəzində Mar-a-Laqo iqamətgahından götürülmüş materiallar idi. ABŞ mediasının yaydığı məlumatlara görə, həmin sənədlər arasında ABŞ-ın İrana hərbi müdaxiləsinin mümkün ssenarilərinə dair materiallar da ola bilərdi. Bu məlumatlar rəsmi şəkildə tam açıqlanmasa da, belə planların mövcudluğu ABŞ-ın hərbi-siyasi aparatında bu məsələlərin yüksək səviyyədə işlənildiyini göstərir.

Qeyd etmək vacibdir ki, bu cür planların mövcudluğu istisna hal deyil. Onların hazırlanması ilə Pentaqon, kəşfiyyat qurumları və analitik mərkəzlərin peşəkar kadrları məşğul olur. Bu isə yalnız hərbi aspektlərdən ibarət məsələ deyil, nəhəng kompleks işdir: sanksiya təzyiqi, xarici agentura ilə mübarizə, maliyyə axınlarının izlənməsi, kölgə sxemlərinə qarşı əməliyyatlar və s.

ABŞ-da İrana qarşı sistem formalaşdırılıb. Bu sistemə FTB və ABŞ Ədliyyə Nazirliyinin aşağıdakı sahələr üzrə ixtisaslaşmış bölmələri daxil idi:

- Əks-kəşfiyyat;

- Terrrla mübarizə;

- İxrac nəzarəti;

- Sanksiya rejiminin icrası.

Ayrı-ayrı qruplar ABŞ ərazisində İran agentlərinin aşkarlanması, həmçinin Tehrana bağlı maliyyə vəsaitlərinin və aktivlərin, o cümlədən tankerlərin müsadirəsi ilə məşğul olurdu”.

Politoloq vurğulayıb ki, Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra güc strukturlarında nəzərəçarpacaq kadr dəyişiklikləri, daha doğrusu böyük ixtisarlar başladı:

“Bu proses Ədliyyə Nazirliyinin terrrla mübarizə bölmələri, əks-kəşfiyyat və ixrac nəzarəti şöbələri, İrana qarşı sanksiyalarla məşğul olan strukturlara da toxundu. Məlumatlara görə, bəzi bölmələr əməkdaşlarının əhəmiyyətli hissəsini, hətta yarısını itirdi.

Xüsusi diqqət çəkən hadisə isə 25 fevralda, İrana hücuma 3 gün qalmış FTB-də baş verdi. Bu zaman Yaxın Şərq, xüsusilə İran üzrə ixtisaslaşmış təxminən 12 əks-kəşfiyyat əməkdaşı işdən çıxarıldı. Onların arasında İran təhdidlərinə qarşı fəaliyyət göstərən xüsusi mərkəzdə çalışan şəxslər də var idi.

İndi məntiqli sual yaranır, hərbi əməliyyata 3 gün qalmış əvəzedilməz peşəkarların vəzifədən uzaqlaşdırılması nə dərəcədə məntiqə uyğundur?

Güc strukturlarında təmsil olunan izolyasionistlər Trampın hakimiyyətə gəldiyi gündən İran üzrə ixtisaslaşmış peşəkarları hədəf seçməklə neokonservatorları zəiflətməyə, Trampı İsraildən uzaqlaşdırmağa və hərbi müdaxilə ehtimalını azaltmağa çalışırdılar və bunu 1 ildən çoxdur ki, sistemli şəkildə edirdilər.

Məxfi sənədlər işi, kadr dəyişiklikləri və Respublikaçılar Partiyası daxilindəki fikir ayrılıqları göstərir ki, ABŞ-ın İrana münasibətdə siyasəti yalnız xarici siyasət məsələsi deyil, həm də dərin daxili siyasi mübarizə predmetidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Mart 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri