ABŞ da istehlak qiymətləri aylıq 0,1 faiz azalıb
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Mart ayında ABŞ-da istehlak qiymətləri aylıq 0,1 faiz azalıb.
Banco.az xəbər verir ki, ABŞ-da tarif xəbərlərinin fonunda inflyasiyada soyuma müşahidə olunub.
Mart ayında ölkədə istehlakçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb. “Bloomberg” sorğusunda proqnoz isə 0,1 faiz artım istiqamətində idi.
Aylıq əsas inflyasiya da 0,1 faiz artaraq 0,3 faizlik proqnozlara çata bilməyib.
İllik ümumi inflyasiya da 2,4 faiz səviyyəsində olaraq gözləntilərdən daha müsbət nəticə göstərib. İllik inflyasiya gözləntisi 2,5 faiz olaraq müəyyən edilmişdi.
Mart ayında illik əsas inflyasiya 2,8 faiz təşkil edib. “Bloomberg” sorğusunda bu göstərici üzrə proqnoz 3 faiz idi.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















