Icma.az
close
up
RU
ABŞ da pandaların yaşadığı yeganə zooparkdan FOTOREPORTAJ

ABŞ da pandaların yaşadığı yeganə zooparkdan FOTOREPORTAJ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqton, 27 aprel, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Smitsonian Milli Zooparkı dünyanın ən məşhur zooparkalarından biridir. Bura həm nadir faunanın qorunduğu və araşdırıldığı elm və maarifləndirmə mərkəzidir. 1889-cu ildə qurulan bu zoopark Smitsonian İnstitutunun bir hissəsi olaraq fəaliyyət göstərir. Zooparkın ərazisi təxminən 66 hektardır. Burada 390-dan çox növə aid 2700-dən artıq heyvan saxlanılır. Ən fərqli xüsusiyyəti isə zooparka girişin pulsuz olmasıdır.

AZƏRTAC-ın ABŞ bürosunun Smitsonian Milli Zooparkından hazırladığı reportajı təqdim edirik:

Smitsonian Zooparkının ən məşhur sakinləri pandalardır. Bura ABŞ-da pandaların yaşadığı yeganə zooparkdır. 1972-ci ildə ABŞ pezidenti Riçars Niksonun Çinə səfəri zamanı iki panda Smitsoniana hədiyyə olunub. Bu hadisə dünya tarixində “Panda Diplomatiyası” adı ilə qalıb. Çin “panda diplomatiyası” çərçivəsində pandaları başqa ölkələrə icarə müqaviləsi ilə göndərir. Pandalar adətən 10-15 illik icarə müddəti ilə verilir, sonra geri qaytarılır. Balaları doğulursa, onlar da Çinə məxsus olur və müəyyən yaşdan sonra geri aparılır. Smitsonianda da uzun illər yaşamış 3 panda 2023-cü ilin noyabrında Çinə geri qaytarılıb.

Lakin 2024-cü ilin dekabrında zooparka Bao Li və Qinq Bao adlı 2 panda gətirilib. Bu pandalar zooparka ən çox ziyarətçi cəlb edən heyvanlardır. Dünyanın və ABŞ-ın müxtəlif yerlərindən ziyarətçilər məhz pandaları görmək üçün zooparka gəlirlər. Pandalar üçün zooparkda yüksək səviyyəli şərait yaradılıb. Onlar bambukla dolu geniş sahələr, xüsusi iqlimi olan qapalı bölmələr və müasir baytarlıq xidmətləri ilə təmin olunub.

Zooparkda rast gəlinən başqa maraqlı canlılardan biri nəhəng Aldabra tısbağasıdır. Bu, dünyanın ən böyük və uzunömürlü tısbağa növlərindən biridir. Smitsoniandakı tısbağa yarım əsrdən çox yaşı ilə zooparkın ən yaşlı sakinlərindən biridir. Onların çəkisi 250 kiloqramdan artıq olur və bəzən 150 ildən çox yaşayırlar. Bu növ tısbağalar yaşadıqları iqlimə uyğunlaşaraq suyu burunları vasitəsilə içirlər.

Burada həmçinin qapalı binada dünyanın ən uzun zəhərli ilanı olan kral kobrası və digər müxtəlif növ ilan, kərtənkələ, tısbağalar və timsahlar saxlanılır.

Zooparkda həmçinin, dünyanın ən nadir pələng növü olan Sumatra pələngi yaşayır. Onların sayı təbiətdə cəmi 400-dən az qalıb. Zoopark onların qorunması və artırılması üçün xüsusi proqram həyata keçirir.

Afrika şiri isə burada geniş sahədə ailə strukturuna uyğun şəraitdə saxlanılır. Bu yırtıcıların zooparkdakı ömrü orta hesabla 20 ilə qədər uzana bilir.

Smitsonian Zooparkında həm Afrika, həm də Asiya növündən olan fillər var. Onlar ailə qrupları şəklində yaşayırlar. Burada ən qeyri-adi bölmələrdən biri də böyük primatlar üçün nəzərdə tutulub. Zooparkda əsasən Sumatra oranqutanları saxlanılır. Sumatran oranqutanları ağıllıdır və alətlərdən istifadə etmək bacarığına malikdirlər.

Bundan əlavə, qırmızı panda, okapi, uzunayaqlı, tülküyə bənzər canavar və digərləri zooparkın nadir heyvan növlərinə malik sakinlərdir.

Zoopark həm də bioloji tədqiqatların, genetik araşdırmaların və nəsilartırma proqramlarının aparıldığı mərkəzdir. 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri