Icma.az
close
up
RU
ABŞ da uçot faizləri endirildi

ABŞ da uçot faizləri endirildi

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkənin hökumət və bank qurumları arasında “qarşıdurma” güclənir

ABŞ-ın Mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75-4 faiz aralığına endirib. Bu barədə qərar maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasında qəbul olunub. Bu, 2025-ci ildə ikinci faiz azaldılmasıdır. Belə ki, FES sonuncu dəfə sentyabrın 17-də keçirilən iclasında uçot dərəcəsini 4,5 faizdən 4,25 faziə endirib. Ondan əvvəl isə faiz dərəcəsi ardıcıl beş iclas boyunca dəyişməz saxlanmışdı.

FES-in bu addımı atmaqda əsas məqsədi aşağı inflyasiya mühitində iqtisadiyyatda müşahidə edilən geriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini daha aşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pul axınlarını, investisiyaları təmin etməkdən ibarətdir.

Tpamp ölkənin pul siyasətinə müdaxilə edir

Məsələ ondadır ki, FES-in faiz qərarı Komitə üzvləri tərəfindən yekdilliklə qarşılanmayıb, bank şurası bu addımın ölkənin makro-maliyyə siyasəti baxımından əlverişsiz olduğunu bildirib. Hətta faiz qərarı təsdiqlənsə də, ölkənin pul siyasəti ilə bağlı icmal hesabatı açıqlanmayıb. Bunun səbəbi Federal hökumətin investisiya xərclərinin maliyyələşdirilməsində çətin vəziyyətlər yaşaması, respublikaçılar və demokratlar arasında büdcə xərcləri ilə bağlı razılaşmanın əldə olunmaması, ölkədə maliyyə siyasətindəki natarazlıqlarla izah edilir.

FOMC ekspertlərinin qənaətinə görə, inflyasiya ilin əvvəlindən artdığı və hökumətin proqnoz ssenarilərinə nisbətən bir qədər yüksək olaraq qaldığı halda faiz qərarı risklərə yol açacaq. Qiymət indeksləri hələ də əlverişsiz olaraq qalır və uçot stavkasının aşağı salınması maliyyə bazarlarında əlavə təhdidlər yarada bilər. Həmçinin bu addım maliyyə sistemində müsbət dəyişiklik yaratmamaqla, iqtisadi perspektivlə bağlı qeyri-müəyyənliyi daha da gücləndirəcək. FES-in üzvləri arasında mövcud addımın birbaşa siyasi sifariş olmasına dair fikirlər də diqqətdən qaçmayıb. Məsələn, Cefri Şmidt bəyan edib ki, Prezident Donald Tramp FES-ə təzyiq edərək faizlərin endirilməsini təkid etməklə, bank siyasətini təhdid altında saxlayır. Məqsəd ölkədə aşağı bank indeksləri, ucuz dollar siyasəti çərçivəsində kriptobazarı canlandırmaqdır ki, bu da Tramp və ona yaxın iri investorlara sərf edir.

FES yenidən faiz endiriminə getmək istəmir

Ümumiyyətlə, Tramp daha kəskin faiz endirilməsini tələb edir, onun maliyyə siyasəti  ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması  istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Bu baxımdan Federal Ehtiyat Sisteminin yumşaq pul siyasəti rəqəmsal valyuta və qızıl birjalarını daha canlandırır.

Ancaq bu siyasət ABŞ-da hökumət və iqtisadi strukturlar, eləcə də parlament fraksiyaları arasında ciddi fikir ayrılıqlarına səbəb olmaqdadır və onlar Trampın mövcud siyasətini, ələlxüsus da FES-in fəaliyyətinə müdaxiləsini düzgün yanaşma hesab etmirlər. FES-in rəhbər şurası da yumşaq pul siyasətini məqsədəuyğun hesab etmir. FES sədri Jerome Pouell isə bildirib ki, inflyasiya üçün risklər yuxarı, məşğulluğ isə aşağıya doğrudur, yəni maliyyə sektorlarında tam sabitlikdən danışmaq olmaz. Ancaq müsbət məqam ölkə üzrə iqtisadi artımın gözlənilən həddə qorunub saxlanmasıdır.

J. Pouell bildirib ki, bütün bu fraqmentasiyalar ciddi şəkildə təhlil ediləcək və aşağı faiz siyasətindən imtina olunması istisna deyil. Onun fikrincə, hökumətdə təkidlərə baxmayaraq, dekabr ayında FES-in növbəti iclasında faiz endiriminin olacağına əmin deyil.

Qlobal investorlar Trampın siyasətini dəstəkləyir

ABŞ-da uçot dərəcəsindəki dəyişiklik qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edir. FES-in qərarları ABŞ iqtisadiyyatı ilə yanaşı, dünya üçün istiqamətverici rol oynayır. Xüsusilə də investisiya bazarlarında və birjalarda ənənəvi sindrom kimi maliyyə və investisiya alətlərinə ciddi təsirlərini göstərir. Ona görə də, qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhm investorları FES-in qərarını diqqətdə saxlayır, faizlərin aşağı salınmasından məmnun qalırlar. Onlar Trampın mövcud maliyyə siyasətini dəstəkləyərək aşağı faiz dəhlizinin davam etməsinin tərəfdarıdırlar.

Xarici ticarət iştitakçıları da faiz siyasəti ilə bağlı situasiyalara həssas yanaşırlar. Çünki uçot dərəcəsi ilə bağlı qərarlar dollarla ticarət edən ölkələrdə, inkişaf edən iqtisadiyyatlarda və enerji ixracatçısı olan dövlətlərdə bu birbaşa iqtisadi proseslərə təsir göstərir. Bu baxımdan uçot dərəcəsinin azaldıması dolların məzənnəsinin zəifləməsi fonunda ABŞ valyutası ilə ticari-iqtisadi mübadilələr aparan dövlətlərin milli tədiyyə balansları, valyutalarının dəyərinin sabitliyi üçün mühüm rol oynayır.

ELBRUS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Oktyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri