Icma.az
close
up
RU
ABŞ da vətəndaşlara kredit necə verilir?

ABŞ da vətəndaşlara kredit necə verilir?

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Adətən insanlar borclardan qaçmağa çalışırlar, amma bəzi situasiyalarda borc götürmək də faydalı olur. Bundan əlavə borca götürülmüş pulla hətta varlanmaq da mümkündür. Məsələn, əgər kredit götürüb onu təhsilin artırılmasına, yeni biznesin açılmasına və ya bu pulu sərfəli şəkildə investisiya etməyə yönəltsən qazana bilərsən. 

Kreditləri istehlak məqsədi ilə almaq da mümkündür, məsələn, avtomobil almaqdan ötrü. Şəxsi avtomobil sizə işə daha tez çatmağa kömək edəcək, amma çətin ki, o sizə hər hansı bir gəlir gətirsin. Təbii ki, söhbət sizin sürücülük məqsədi ildə aldığınız avtomobildən getmir (çünki əgər siz sərnişin daşımaq üçün avtomobil alırsınızsa, bu istehlak deyil, investisiya məqsədi ilə götürülən kredit olur) .

Aşağıda biz sizə ABŞ-da istifadə olunan kreditlərin qısa siyahısını təqdim edəcək, həmçinin onların istifadəsinə dair öz tövsiyələrimizi verəcəyik. Bu siyahıya biz yaşayış evlərinin alınması üçün verilən kreditləri daxil etməmişik. Çünki onlar artıq başqa bir söhbətin mövzusudur və gələcəkdə bu haqda ayrılıqda daha geniş danışacağıq

Təhsil kreditləri

Kolleclərdə təhsilin qiyməti elə sürətlə artır ki, hətta inflyasiyanı da qabaqlayır. Bəzi hesablamalara əsasən, 2015-ci ildə kolleclərdəki dörd illik təhsil haqqı tələbələrə 127 min dollara başa gələcək. Bu qiymətə təhsil haqqı, həmçinin digər qidalanma, yaşayış yeri, dərsliklər, nəqliyyat və digər əlavə xərclər də daxildir. Orta təbəqədən olan, daha doğrusu orta gəlirli ailələrə öz övladlarına kollec təhsili vermək üçün vəsait tapmaq olduqca çətindir, amma yenə də mümkündür.

Adətən təhsil üçün lazım olan pulun bir hissəsini valideynlər öncədən toplayır. Əksər hallarda tələbələr də boş vaxtlarında çalışaraq, öz xərclərinin müəyyən qismini qarşılamağa cəhd edirlər. Təhsildə və ya idmanda fərqlənə bilən, həmçinin yaxşı nəticə əldə edən tələbələr isə təqaüd əldə edirlər. Onlardan ən qabaqcılları isə hətta federal zəmanət məktubu alırlar. Amma bu pullar təhsil xərclərinin yalnız kiçik bir hissəsini ödəməyə kömək edə bilər.

Belə olduqda sizin köməyinizə kreditlər çatır. Orta hesabla amerikalı tələbələr kollecdə təhsil almaq üçün 21000 dollara qədər kredit götürürlər. ABŞ-da təhsil kreditlərinin bir sıra növləri mövcuddur: bu sırada Perkins, Stafford və ya PLUS kreditlərini qeyd etmək olar. Bütün bu kreditləri kolleci başa vurduqdan sonra ödəməyə başlamaq olar. Təhsil kreditlərinin ikinci üstünlüyü onların aşağı faizli olmasıdır. Baxmayaraq ki, faiz dərəcəsinin həcmi seçilmiş kredit növündən asılı olur, onların sərhədləri 5-7% arasında dəyişir. Bundan əlavə 2007-ci ildə konqresin qəbul etdiyi qanuna əsasən, təhsil kreditləri üzrə faizlər getdikcə aşağı düşməlidir. Bu qanunlardan bəzilərinə əsasən kreditin ödənmə müddəti hətta 40 ilə qədər uzana bilər. Əlbəttə ki, daha yaxşı olar ki, krediti daha iri məbləğlərlə ödəyərək, onu vaxtından əvvəl bağlayasan. Təhsil kreditləri ilə bağlı informasiyanı asanlıqla internetdə, həmçinin tədris müəssisələrinin özündə də tapmaq olar.

Kommersiya kreditləri

Yeni biznesin açılması və ya mövcud biznesin genişləndirilməsi həmişə əlavə pul vəsaitinə ehtiyac yaradır. Bu pulları əldə etməyin bir yolu da kommersiya kreditləridir. Kommersiya kreditləri adətən banklar, həmçinin digər kreditorlar tərəfindən təqdim oluna bilərlər.

Kommersiya krediti almaq üçün yaxşı tərtib olunmuş biznes-plana malik olmaq lazımdır. O, sizin biznesin istiqamətlərini əks etdirməli, sizin mövcud maliyyəniz və planlaşdırılan məsrəflər haqqında informasiyaya malik olmalı, eyni zamanda gəlirlərin əldə edilməsi sxemini, idarəetmə strukturunu və digər lazımı informasiyanı əks etdirməlidir. Kreditor həmçinin sizin zaminləriniz haqqında ətraflı informasiya tələb edəcəkdir.

Kommersiya kreditləri üzə adətən zamin qismində Xırda biznes administrasiyası (Small Business Administration – www.sba.gov) çıxış edir. Bu dövlət agentliyi öz kredit verməsə də, kredit alıcısının ödəmə qabiliyyəti olmadığı halda kreditin geri ödənməsinin qarantı rolunda çıxış edir. Bu zaman kreditin ödənməsi məsuliyyəti yenə də kredit götürən tərəfin üzərində qalır, SBA faktiki olaraq, sadəcə lazımı məbləği almağa kömək edir. SBA-da sizə sertifikasiyadan keçmiş kreditorların siyahısı təqdim olunacaq, həmçinin onlar sizi maliyyə məsələləri üzrə konsultasiya edəcəklər.

Avtomobil krediti

ABŞ-ın əksər şəhərlərində ictimai nəqliyyat sistemi kifayət qədər mürəkkəb və qarışıqdır, buna görə də şəhərə boyu hərəkət kifayət qədər uzun müddət aparır. Situasiyandan xilas yolunu isə əksər sakinlər fərdi avtomobil almaqda görürlər. Ən sağlamı avtomobili nağd pula almaqdır, çünki belə olduğu halda siz faiz ödəməli olmayacaqsınız. Həmçinin də siz bazarlıq edərək qiyməti aşağı sala bilərsiniz. Əgər bu mümkün deyilsə, onda ən aşağı faizli və ödəmə cədvəli daha sərfli olan kredit seçmək lazımdır. Avtomobil dileri ilə sizin bankın təklif etdiyi şərtləri müqayisə edin.

Avtomobil kreditləri üçün təqdim edilən faizlər bir-birindən ciddi şəkildə fərqlənə bilərlər. Adətən ABŞ-da yeni avtomobil almaq üçün verilən kreditlərin illik faizi 5-7% olur. İşlənmiş avtomobillər üçün verilən kreditlərin faizləri isə daha yuxarı olur. Amma arada bir elə də olur ki, avtomobil dilerləri anbarlarda maşınların yığılıb qaldığını müşahidə edirlər və bu zaman onlar çox sərfəli şərtlər təklif etməyə başlayır. Məsələn cəmi 1% faizli kredit. Ona görə elanları daha tez-tez gözdən keçirmək lazımdır. Bəzən bu işə yarayır.

Aylıq ödənişlərin həcmini müəyyən etmək üçün, çox da çətin olmayan bir hesablama həyata keçirək. Belə təsəvvür edək ki, yeni maşın almaq üçün sizə 15000 dollar lazımdır. Onun üzərinə 1200 dollar vergi və başlanğıc xərcləri əlavə edin. Nümunə üçün fikirləşək ki, sizin heç bir ehtiyatınız yoxdur və siz 60 ay ərzində ödəmək üçün avtomobilin tam dəyəri həcmində kredit götürürsünüz. Əgər illik faiz dərəcəsi 6% olarsa, onda siz beş il ərzində, hər ay 325 dollar ödəməli olacaqsınız. Bütün müddət ərzində siz cəmi 20000 dollar ödəyəcəksiniz, bu kreditin ümumi dəyərindən cəmi 5000 dollar artıqdır.

Nəzərə alsaq ki, avtomobillər daima ucuzlaşır, uzunmüddətli kredit götürmək sərfəli deyil. Yəni elə olur ki, beş il ərzində avtomobil öz dəyərinin böyük bir hissəsini itirir. Yəni elə ola bilər ki, cəmi bir neçə il sonra sizin avtomobilin qiyməti kreditə görə qalan borcunuzdan daha aşağı ola bilər. Bununla yanaşı heç zaman yaddan çıxartmayın ki, avtomobil nə qədər köhnə olarsa, onu saxlamaq üçün bir o qədər çox vəsait lazım olacaq.

Belə çıxır ki, bəzən avtobusda gəzmək da sərfəlidir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri