“Bu, dalan deyil, necə dalan ola bilər ki?”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqton və Tehran arasındakı qarşıdurmanın dalana dirəndiyi barədə fikri rədd edib.
“Qafqazinfo” xarici KİV -ə istinadən xəbər verir ki, o bu haqda Parisdə keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində jurnalistlərə bildirib.
“Bu, dalan deyil. Siz buna dalan deyirsiniz, amma mən bilirəm ki, bu, dalan deyil. Necə dalan ola bilər ki?” – deyə o qeyd edib.
ABŞ Dövlət katibinə görə, Vaşinqton sanksiyalar və blokada vasitəsilə İran iqtisadiyyatına ciddi təzyiq göstərməkdə davam edir və bunun nəticələri gündən-günə daha da ağırlaşır. O, İranın iqtisadi vəziyyətinin pisləşməyə davam etdiyini və ölkənin Amerika məhdudiyyətləri səbəbindən hər gün vəsait itirdiyini vurğulayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 10 Noyabr 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















