Aqşin Yenisey: Məzhəbçilik, təriqətçilik bazara çıxarılmış dindir.
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Məzhəblər, təriqətlər dini dəyərin deyil, dini dəbin ətrafında birləşirlər. Təriqət liderlərinin həyatına baxın; şəhər-şəhər gəzib əhaliyə özlərinin dini düşüncələrini təklif edirlər".
Bunu Sherg.az-a yazıçı, publisist və şair Aqşin Yenisey deyib.
O, qeyd edib ki, bu düşüncələrin alıcıları ilə qapı-qapı düşüb mətbəx kombaynı satan firma əməkdaşlarının alıcıları arasında heç bir fərq yoxdur:
"Biri yeni dini dəbi alır, digəri yeni mətbəx əşyasını. Biri idealist alıcıdır, digəri materialist. Fərq yalnız ondadır ki, idealist alıcı aldığının qarşılığında özünü verir, materialist alıcı pulunu. Yeni dini dəbin hədəf kütləsi kimlərdir? Şəxsiyyəti formalaşmamış yeniyetmələr, məktəblilər, özünə sürü axtaran kimsəsizlər, qrup maraqlarını şəxsi mənfəətinə çevirmək üçün fürsət gözləyən hiyləgərlər və s. Sekulyar bazar, məsələn, şortiki dəb salır ki, kişiləri də öz alıcısına çevirsin, sekulyar olmayan bazar da dini bir aksesuarı dəbə çevirir ki, ətrafına kütlə toplasın. Yəni məzhəbçilik, təriqətçilik bazara çıxarılmış dindir. Bu qədər çığır-bağır salmalarının səbəbi də əllərindəki matahı daha çox müştəriyə satmaq istəyindən doğur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 10 Noyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















