Icma.az
close
up
RU
ABŞ da yeni COVID 19 ştammı sürətlə yayılır

ABŞ da yeni COVID 19 ştammı sürətlə yayılır

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-da payız mövsümündə koronavirusun yeni mutasiyası geniş yayılmağa başlayıb.

AzPost xəbər verir ki, qeyri-rəsmi olaraq Stratus adlandırılan bu hibrid ştamm Omicron-un iki subvariantından yaranıb və əvvəlki dominant ştamm Nimbus-u bir neçə ay ərzində sıradan çıxarıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, hazırda COVID-19-un aktivlik səviyyəsi ölkə üzrə “orta” həddə çatıb, 19 ştat isə “yüksək” və ya “çox yüksək” göstərici barədə xəbərdarlıq edib. Ən kritik vəziyyət Nevada, Yuta, Konnektikut və Delaver ştatlarında müşahidə olunur.

Stratus-un tarixi pandemiya ssenarisini xatırladır: o, ilk dəfə yanvarda Cənub-Şərqi Asiyada aşkarlanıb, yaz aylarında ABŞ-a keçib və iyun ayına qədər artıq 38 ölkədə qeydə alınıb. Sürətli yayılma səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu mutasiyanı “nəzarət altında olan variant” kimi təsnif edib.

Mütəxəssislərin sözlərinə görə, Stratus-un klinik əlamətləri əvvəlkilərdən fərqlidir. Bu ştamm əsasən səsin batması, boğazda yanğı və xırıltı ilə müşahidə olunur ki, xəstələrin bir çoxu bunu mövsümi allergiya ilə səhv salır. Vaksin olunmuş şəxslərdə yoluxma əksər hallarda yüngül keçir, lakin yeni mutasiya anticisimlərə qarşı daha güclü müqavimət göstərir.

Xüsusilə narahatlıq doğuran məqam odur ki, Stratus mövsümi respirator xəstəliklərin – soyuqdəymə, qrip və respirator-sinsitial virus (RSV) – artdığı dövrdə yayılaraq səhiyyə sisteminə əlavə yük yaradır.

ABŞ-ın İmmunizasiya üzrə Məsləhət Komitəsi artıq 2025–2026-cı illər üçün yenilənmiş COVID-19 peyvəndlərinin 6 aydan yuxarı bütün əhali qruplarına tətbiq olunmasını tövsiyə edib. Həkimlər həmçinin gigiyena qaydalarına əməl etməyi, qapalı məkanlarda havalandırmanı yaxşılaşdırmağı və peyvəndlərlə bağlı yenilənmiş tövsiyələri izləməyi məsləhət görürlər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Oktyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri