Teatr Muzeyində tədbir “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar! ”
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 noyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar!” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən ölkəmizdə elan olunan “Uşaq Hüquqları Aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində təşkil edilib. Əvvəlcə Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən muzeyin əməkdaşı Türkan Əliyeva “Uşaq Hüquqları Aylığı” nın əhəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyası və ölkəmizdə uşaq hüquqlarının qanunvericiliklə qorunması haqqında ətraflı məlumat verib. O bildirib ki, tədbirin məqsədi uşaqların öz hüquqları barədə məlumatlılığını artırmaq, onları Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş uşaq hüququları ilə tanış etmək, həmçinin yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməklərinə şərait yaratmaqdır.
Bədii hissədə Xırdalan şəhəri Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 18 Noyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















