Icma.az
close
up
RU
ABŞ daha bir təşkilatdan çıxdı...

ABŞ daha bir təşkilatdan çıxdı...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tramp ölkəsinin BMT-nin İnsan Hüquqları Şurasındakı fəaliyyətinə xitam verib

ABŞ Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən bəzi qurumların üzvlüyündən çıxmağa başlayır. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, fevralın 4-də ABŞ-ın yeni prezidenti Donald Tramp BMT-nin İnsan Hüquqları Şurasından (BMT İHŞ) və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən çıxmaq barədə sərəncam imzalayıb. Yayımlanan sənəddə dövlət rəhbərinin bu addımı ilə bağlı geniş təfərrüatlar qeyd olunmayıb.

Qeyd edək ki, Donald Tramp birinci prezidentliyi dövründə də belə bir addım atmışdı. Ağ Evə yenidən qayıtdıqdan sonra onun təkrarən bu addımı atmasının səbəblərinə gəlincə, o, hesab edir ki, qurum İsrailə qarşı qərəzli yanaşma sərgiləyir və insan hüquqlarını pozan hökumətləri müdafiə edir.  

Xatırladaq ki, Tramp bundan əvvəl - prezident səlahiyyətlərinin icrasına dərhal başladıqdan sonra ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə fərman imzaladı - o, prezident seçkiləri kampaniyası zamanı çıxışlarının birində qurumu ABŞ-a qarşı ədalətsiz münasibət sərgiləməkdə günahlandırmışdı.

Hətta bəzi məlumatlara görə, Vaşinqtonun BMT-nin digər qurumlarından çıxacağı da gözlənilir.

ABŞ-ın BMT-nin İnsan Hüquqları Təşkilatının üzvlüyündən çıxması bir çoxları tərəfindən birmənalı qarşılanmayıb - onlar hesab edirlər ki, Trampın bu addımı digər dövlətləri də belə bir addım atmağa sövq edə bilər.

Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən İnsan Hüquqları Təşkilatı BMT-nin Baş Assambleyası tərəfindən 15 mart 2006-cı ildə təşkilatın İnsan Hüquqları Komissiyasını  əvəz etmək üçün yaradılmışdır.  İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi ilə sıx əməkdaşlıq edən və BMT-nin xüsusi prosedurlarını həyata keçirən qurum BMT-yə üzv olan ölkələrdə  insan hüquqlarının pozulması ilə bağlı iddiaları araşdırır , xüsusilə birləşmək və toplaşmaq azadlığı, ifadə azadlığı, inanc və din azadlığı, qadın hüquqları, irqi və etnik azlıqların hüquqlarının qorunmasına yönələn təbliğat kampaniyası aparır. Şuranın üç il müddətinə seçilən 47 üzvü var və baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

Fikirlər tam obyektivdir...

Maraqlıdır, hər zaman özünü beynəlxalq insan hüquqlarının və beynəlxalq humanitar dəyərlərin təminatçısı kimi qələmə verən ABŞ-ın belə bir qurumun üzvlüyündən çıxması qlobal dünyada hansı proseslərə gətirib çıxara bilər?

Məsələ ilə bağlı politoloq Yeganə Hacıyeva “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Donald Trampın beynəlxalq insan hüquqlarının təminatına söykənən mexanizmlərin səmərəliyi ilə bağlı fikirləri tam obyektivdir.

“Tramp dəfələrlə bəyan edib ki,  istər insan haqları, istərsə də digər sahələrdə beynəlxalq mexanizmlər müəyyən qüvvələr tərəfindən kənar məqsədlər üçün istifadə olunur. Buna görə də o, BMT-nin İnsan Hüquqları Şurasının, hətta USAİD-in fəaliyyətinin səmərəsiz olduğunu və qənaətbəxş olmadığını hesab edir. Trampın bu təşkilatlar ilə bağlı imzaladığı sərəncamlar məhz bu səbəbdən irəli gəlir”.

Quruma kənar müdaxilələr var

“BMT-nin İnsan Hüquqları Şurasının fəaliyyəti ilə bağlı məsələdə onu qeyd etmək lazımdır ki, bu qurum bir neçə qrupun əlində siyasi maşa kimi istifadə olunur. Bir məqamı da vurğulayım ki, 2018-ci ildə, yəni Trampın birinci prezidentliyi dövründə ABŞ-ın BMT-dəki nümayəndəsi İnsan Hüquqları Şurasını maliyyə qarşılığında hərəkət edən riyakar qurum adlandırmışdı. Əslində o, bu məsələdə haqlıdır. Çünki həqiqətən, bu qurumun fəaliyyətinə kənardan müdaxilələr olur,” - deyə Y.Hacıyeva vurğulayıb ki, İnsan Hüquqları Şurasının ekspertləri heç bir zaman Azərbaycana münasibətdə ədalətli və düzgün mövqe sərgiləməyiblər: “2023-ci il sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağda birgünlük antiterror əməliyyatlarından sonra erməni lobbisi və onun havadarları ölkəmizə qarşı kampaniyaya başladılar ki, guya Qarabağda ermənilər “etnik təmizləməyə” məruz qalıblar. Amma reallıq budur ki, oradakı ermənilər könüllü şəkildə ərazini tərk ediblər. İnsan Hüquqları Şurasının erməni lobbisinin bu kampaniyasına dəstək verməsi ciddi təəssüf doğrurur”. 

Trampın addımı nə vəd edir?

Y.Hacıyeva hesab edir ki, BMT-nin İnsan Hüquqları Şurası möhkəm bir təsisatdır və onun parçalanması qeyri-mümkündür: “Bu qurumun prinsipləri dayanıqlı təməllərə əsaslanıb, həmçinin beynəlxalq sistemdə ona qarşı alternativ bir təsisat da yoxdur. Bu baxımdan qurumun fəaliyyəti davam edəcək”.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri