Icma.az
close
up
RU
Uşaqlarda döymə və pirsinq tətbiqləri: Mütəxəssislərdən valideynlərə xəbərdarlıq

Uşaqlarda döymə və pirsinq tətbiqləri: Mütəxəssislərdən valideynlərə xəbərdarlıq

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Son illərdə uşaqlar arasında döymə və pirsinq etdirmə hallarının artır.

Qaynarinfo "CNN-Türk"ə istinadən xəbər verir ki, estetik-plastik cərrah, professor Hayati Akbaş bu cür tətbiqlərin həm psixoloji, həm də fiziki baxımdan ciddi risklər daşıdığını vurğulayıb. 

O, valideynləri daha diqqətli və məlumatlı olmağa çağıraraq qeyd edib ki, bu tip müdaxilələr gələcəkdə qalıcı sağlamlıq problemlərinə səbəb ola bilər.

Professor uşaqların inkişaf dövründə olduqlarını və şəxsiyyətlərinin hələ tam formalaşmadığını qeyd edərək deyib: "Uşaqlar arasında döymə etdirməyə maraq artır. Dil və burun kimi nahiyələrdə pirsinq tətbiqləri də geniş yayılıb. Bu vəziyyət həm psixoloji, həm də fizioloji baxımdan ciddi risklər yaradır".

Onun sözlərinə görə, uşaqlarda döymə etdirmə meyli çox vaxt psixoloji səbəblərlə bağlı olur: "Xüsusilə inkişaf mərhələsində olan uşaqlar təqlidçi bir ruha malikdirlər. Rol model kimi gördükləri şəxslərin bədənindəki döymələri təqlid etmək istəyi bu meylin əsas səbəblərindəndir. Lakin döymə tətbiqləri qalıcı və zərərli nəticələrə yol aça bilər".

Professor Akbaş əlavə edib ki, uşaqlıqda edilən döymələr sonradan geri dönməz problemlər yarada bilər: "Bir çox uşaq döymə etdirdikdən sonra peşman olur və ‘Döyməmi sildirmək istəyirəm, amma bu, peşə seçimimə mane olur’ deyərək kömək istəyir. Bu, çox təəssüf doğuran bir vəziyyətdir".

Mütəxəssis pirsinqin də ciddi sağlamlıq riskləri daşıdığını vurğulayıb: "Xüsusilə dil və burun bölgələrində edilən pirsinqlər ağır infeksiyalara, qalıcı deformasiyalara, hətta orqan itkisinə səbəb ola bilər. Uşaqlıq dövründə edilən bu cür müdaxilələr bədəndə geri dönməz fiziki zədələr yarada bilər. Buna görə də uşaqların sağlamlığına zərər verə biləcək bu cür davranışlardan qəti şəkildə çəkinmək lazımdır".

Sonda professor valideynlərə mühüm xəbərdarlıq edib: "Valideynlər uşaqlarının döymə və pirsinq istəklərini vaxtında fərq etməli və tədbir görməlidirlər. Bu cür tətbiqlər uşaqların gələcək peşə seçiminə, təhsilinə və sosial həyatına mənfi təsir göstərə bilər. Burada ən böyük məsuliyyət valideynlərin üzərinə düşür".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri