Icma.az
close
up
RU
Tramp və Putin yenidən üz üzə: Sülh çağırışı, yoxsa nüfuz savaşı? ŞƏRH

Tramp və Putin yenidən üz üzə: Sülh çağırışı, yoxsa nüfuz savaşı? ŞƏRH

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında yaxın iki həftə ərzində Macarıstanın paytaxtı Budapeştdə görüş keçiriləcəyi gözlənilir.

Kreml görüşlə bağlı ilkin hazırlıqların aparıldığını təsdiqləyib və diplomatik danışıqların davam etdiyini bildirib. Tramp tərəfi də bu görüşə maraq göstərdiyini gizlətmir. Görüşün, ABŞ-ın Ukraynaya Tomahawk raketləri göndərmək ehtimalının gündəmə gəldiyi bir vaxtda baş tutması, beynəlxalq münasibətlərdə yeni gərginlik mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Bu səbəbdən Tramp–Putin görüşü təkcə iki liderin deyil, bütövlükdə Qərb–Rusiya münasibətlərinin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət daşıyır.

Maraqlıdır görəsən, bu görüş əvvəlkilərdən nə ilə fərqlənəcək? Tramp bu dəfə sülhə razı ola bilərmi?
Turkustan.az
olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov

Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan görüş qlobal siyasətin ən çox diqqət çəkən hadisələrindən birinə çevrilib. Bu dialoq yalnız iki liderin qarşılaşması deyil, həm də yeni güc balansının hansı istiqamətdə formalaşacağını müəyyən edəcək addımdır.Görüşün əsas məqsədi münasibətlərin tam bərpası deyil, qarşılıqlı maraqların sərhədlərini yenidən müəyyənləşdirməkdir. Artıq dünya unipolyar deyil – ABŞ və Rusiya bir-birini tam sıxışdıra bilmir, bu da məhz diplomatik təmaslara zərurət yaradır. Tramp əvvəlki görüşlərdə olduğu kimi, dialoqa “realist yanaşma” ilə daxil olur, yəni sanksiya təzyiqindən çox razılaşma mexanizmlərinə üstünlük verir.

Putin isə bu görüşdən istifadə edərək Qərblə münasibətlərdə müəyyən yumşalma əldə etməyə çalışır. Əvvəlki dövrlərdən fərqli olaraq indi danışıqların fonunda Yaxın Şərqdə gərginlik, Çin amilinin artan rolu və enerji bazarındakı dəyişikliklər dayanır. Ukrayna məsələsi bu görüşün əsas mövzularından biri olacaq, amma tərəflərin hələlik fundamental razılığa gəlməsi real görünmür. Tramp və Putin bir-birlərini yaxşı tanıyırlar, bu da dialoqun açıq və konkret keçməsini təmin edə bilər. Ancaq hər iki tərəf üçün də əsas məqsəd – itkisiz şəkildə qlobal nüfuz bölgüsünü qorumaqdır.

Putin üçün bu görüş diplomatik nəfəs alma imkanıdır, Tramp üçünsə ABŞ-ın qlobal mövqelərini qoruma cəhdidir. Hər iki liderin ritorikasında “sülh” ifadəsi səslənsə də, arxasında sərt geosiyasi hesablamalar dayanır. Bu görüşdə heç bir dramatik dönüş gözlənilmir, amma tonun yumşalması və müəyyən təmas kanallarının açılması mümkündür. Əgər tərəflər konkret təhlükəsizlik mexanizmləri barədə razılığa gəlsələr, bu, müharibə riskini azalda bilər.

Sülhə gəlincə, bu, hələlik uzaq perspektivdir – çünki tərəflərin hər biri öz maraqlarını maksimum təmin etmək istəyir. Ancaq danışıqların baş tutması belə beynəlxalq diplomatiya üçün pozitiv siqnal sayılmalıdır. Qlobal gərginliklərin artdığı dövrdə Tramp-Putin xətti, ən azı, “kontrollu qarşıdurma” modelinin formalaşmasına yardım edə bilər. Politoloq Tural İsmayılov vurğulayır ki, bu görüş sülhün özündən çox, qarşıdurmanın sərhədlərini müəyyənləşdirəcək. Və əgər bu sərhədlər aydın cızılarsa, dünya yeni və daha sabit təhlükəsizlik arxitekturasına bir addım daha yaxınlaşa bilər.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Oktyabr 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri