ABŞ dan İrana neft ixracı TƏKLİFİ Əvəzində regionda hücumlar dayandırılmalıdır KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ İrana neft ixracını yenidən bərpa etmək təklifini irəli sürüb. Bunun müqabilində Tehrandan regionda hücumları dayandırmaq tələb olunur.
KONKRET.az xəbər verir ki, Associated Press agentliyinin regional rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ-ın İrana yönəlik təklifləri yalnız nüvə danışıqları ilə məhdudlaşmır, eyni zamanda qarşılıqlı gərginliyin azaldılması tədbirlərini də nəzərdə tutur.
Təklifə Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası və region üzrə hücumların dayandırılması daxildir. Buraya İraq ərazisində fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən qruplaşmaların, eləcə də Fars körfəzi ölkələri və İordaniyaya qarşı mümkün hücumların dayandırılması da daxildir.
Mənbənin sözlərinə görə, bunun qarşılığında ABŞ İrana qarşı tətbiq etdiyi dəniz blokadasını dayandırmalı və Tehrana neft ixracını bərpa etməyə imkan verməlidir.
Rəsmi razılaşmanın hələ əldə olunmadığı bildirilsə də, vasitəçilər bu istiqamətdə danışıqları davam etdirirlər.
Eyni zamanda, İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin idarə olunması ilə bağlı ikitərəfli danışıqların son mərhələyə çatdığı qeyd olunur. Lakin bu məsləhətləşmələr boğazın hüquqi statusu ilə bağlı müzakirələrdən ayrı şəkildə aparılır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 03 Avqust 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















