ABŞ dan İrana xəbərdarlıq: Hörmüz limanlarından təcili təxliyə başladı
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın Mərkəzi Hərbi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazı zonasında yerləşən limanlarından bütün mülki şəxslərin dərhal çıxarılmasını tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə komandanlığın yayımladığı rəsmi xəbərdarlıqda bildirilib.
Amerika hərbi qurumlarının məlumatına görə, Tehran mülki liman infrastrukturlarını beynəlxalq gəmiçilik üçün təhlükə yarada biləcək əməliyyatlarda istifadə edir. Bu vəziyyət mülki şəxslərin həyatını risk altına qoyur.
CENTCOM xəbərdarlıq edib ki, bu cür hərəkətlər limanların müdafiə statusunu aradan qaldırır və onları qanuni hərbi hədəfə çevirir. İran liman işçiləri, inzibati personal və ticarət gəmilərinin ekipajı hərbi gəmilərdən və texnikadan uzaq durmalı, mümkün fəsadlardan qorunmalıdır.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Mart 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















