ABŞ dan İsrailə hərbi dəstək: Yeni planlar gündəmdə
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ administrasiyasının İrana qarşı mümkün hərbi əməliyyatların genişləndirilməsi fonunda İsrailə onlarla əlavə havada yanacaqdoldurma təyyarəsi göndərməyi planlaşdırdığı bildirilir.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Axios nəşrinin üç amerikalı və bir israilli rəsmiyə istinadən yaydığı məlumata görə, Prezident Donald Tramp iyulun 14-də Ağ Evin Vəziyyət Otağında keçirilən iclasda ona təqdim olunan yeni hərbi planları müzakirə edib.
Məlumata əsasən, planlarda İranın elektrik stansiyaları kimi mühüm infrastruktur obyektlərinə zərbələrin endirilməsi, zənginləşdirilmiş uranın daha dərin yeraltı obyektlərə köçürülməsinin qarşısını almaq məqsədilə nüvə obyektlərinə hücumların genişləndirilməsi, həmçinin Pikaxe dağı bölgəsində tikildiyi bildirilən yeraltı obyektin hədəfə alınması nəzərdə tutulur.
ABŞ rəsmiləri vurğulayıblar ki, hərbi əməliyyatlarla bağlı hələlik yekun qərar qəbul edilməyib. Bununla belə, onların sözlərinə görə, Tramp administrasiyası Tehranı Hörmüz boğazını açmağa və nüvə proqramı ilə bağlı irəli sürülən tələbləri qəbul etməyə məcbur etmək məqsədilə hərbi təzyiqin artırılması variantlarını nəzərdən keçirir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 İyul 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















