Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 31 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuela neftindən əldə etdiyi gəlirin İrana qarşı hərbi əməliyyatlara çəkilən xərclərdən 10 dəfə çox olduğunu iddia edib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
ABŞ Prezidenti İrana qarşı müharibəyə 25 milyard dollar xərcləndiyini deyən demokrat siyasətçiləri tənqid edərək, Venesuela neftindən əldə olunan gəlirlərin də nəzərə alınmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, “The Hill” qəzeti ABŞ Mərkəzi Komandanlığının hesablamalarına istinadən İrana qarşı hərbi əməliyyatların dəyərinin 47 milyard dollara çatdığını yazıb.
Xatırladaq ki, Tramp avqustun 28-də ABŞ ilə Venesuela arasında ölkənin neft ehtiyatları ilə bağlı razılaşma əldə olunduğunu açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 31 Oktyabr 2026 07:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















