ABŞ dan İsraillə bağlı gözlənilməz qərar: O, getməyəcək
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Liderlər Zirvəsində Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışı ilə bağlı müsbət mesaj verib.
Turkustan.az xəbər verir ki, Tramp zirvə çərçivəsində jurnalistlərin sualını cavablandırarkən əvvəlcə “Niyə də olmasın?” ifadəsini işlədib. Daha sonra Beştəpədə keçirdiyi mətbuat konfransında isə mövqeyini daha qəti şəkildə ifadə edərək, “Onlar F-35-ləri alacaqlar”, – deyə, bildirib.
Trampın bu açıqlaması İsraildə də diqqətlə qarşılanıb. Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə F-35 təyyarələrinin mümkün satışı ilə bağlı narazılığını ifadə edib.
Britaniyanın Reuters agentliyinin məlumatına görə, ABŞ-ın müdafiə naziri Pit Heqsetin bu gün Netanyahu ilə görüşərək Türkiyəyə mümkün F-35 satışı məsələsini müzakirə etməsi planlaşdırılırdı.
Lakin son anda proqramda dəyişiklik edilib və Heqsetin Ankaradakı görüşlərindən sonra İsrailə nəzərdə tutulan səfəri ləğv olunub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 İyul 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















