ABŞ də ağcaqanadların ovlanması üçün dron hazırlanıb Video
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin “Tornyol” startapı “Y Combinator” şirkətinin dəstəyi ilə şəhər mühitində ağcaqanadları “ovlaya bilən” süni intellektli mikrodronlar hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Oddity Central” portalı məlumat yayıb.
Məlumata görə, mühəndislər 40 qramlıq bu “dron sürülərinin” bahalı kimyəvi mübariza metodlarını əvəz etdiyini və xərcləri ən azı 100 dəfə azaltdığını bildiriblər.
Mühəndislərin sözlərinə görə, dronlar mikrofonlar, ultrasəs sensorları və ixtisaslaşdırılmış proqram təminatı ilə təchiz olunub. Onlar ultrasəs impulsları yayır və əks-səda alır, həmçinin ağcaqanadları digər həşəratlardan ayırd etmək üçün qanadlarından gələn xarakterik doppler siqnalından istifadə edirlər.
Mütəxəssislər ümid edirlər ki, 10 belə dron nəticədə bir kvadrat kilometr ərazini ağcaqanadlardan təmizləyə biləcək.
Layihə hələ ilkin mərhələdədir, lakin artıq malyariya və digər ağcaqanadların yaydığı xəstəliklərlə mübarizə aparmaq üçün potensial inqilabi həll yolu kimi diqqəti cəlb edir.
Bu mövzuda digər xəbərlər:Adamyeyən pələngin ovlanması üçün tapşırıq verildi
19 Mart 2025 15:12
ABŞ də Maduronun həbsi üçün hüquqi əsaslandırma hazırlanıb
08 Yanvar 2026 10:00
Psixi sağlamlıq üçün video oyun hazırlanıb
01 Avqust 2025 14:16
Ukrayna ordusu üçün yeni kamikadze dron hazırlanıb
29 Yanvar 2025 17:37
ABŞ də qondarma erməni soyqırımının təbliği üçün qanun layihəsi hazırlanıb
02 Aprel 2025 17:18
Baxış sayı:122
Bu xəbər 20 İyul 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















