Bölgə təmsilçisi ÇL ə qələbə ilə başladı
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın futzal üzrə çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk qələbəsini qazanıb.
Futbolpress.az xəbər verir ki, Polşanın “Prezero Arena” kompleksində təşkil olunan qarşılaşmada təmsilçimiz Macarıstanın “Uypeşt” klubu ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüş komandamızın 5:4 hesablı üstünlüyü ilə yekunlaşıb. “Qırmızı-ağlar”ın heyətində Oktay Rüstəmli het-triklə yadda qalıb. Komandanın digər qollarına isə Fərid Ələkbərov və Kənan Manafov imza atıblar.
Çempionlar Liqasında mübarizəsini davam etdirən naxçıvanlılar növbəti matçını sabah Bosniya və Herseqovinanın “Buba Mara” kollektivinə qarşı keçirəcək. Qarşılaşmanın start düdüyü Bakı vaxtı ilə saat 17:30-da çalınacaq.
Baxış sayı:68
Bu xəbər 27 Oktyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















