La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
La Liqa “Real”ın hücumçusu Kilian Mbappenin Çin lideri Mao Tszedunla bağlı açıqlamasından sonra çinli azarkeşlərdən üzr istəyib.
QOL.az xəbər verir ki, İspaniya çempionatının mətbuat xidməti bununla bağlı bəyanat yayıb.
Bəyanatda Mbappenin fikirlərinin şəxsi mövqeyini əks etdirdiyi və La Liqanın mövqeyi ilə əlaqəli olmadığı vurğulanıb. Qurum həmçinin açıqlamanın çinli azarkeşləri təhqir etməsindən təəssüfləndiyini bildirib.
La Liqa Çin xalqına və qurumlarına hörmətini ifadə edərək yaranmış vəziyyəti həll etmək üçün ölkədəki tərəfdaşları və rəsmi qurumlarla əməkdaşlıq etdiyini açıqlayıb.
Xatırladaq ki, buna Mbappenin müsahibələrinin birində sevimli internet memindən danışması səbəb olub. Futbolçu üzünün qrafik redaktə vasitəsilə Çin lideri Mao Tszedunun üzərinə yerləşdirildiyi təsviri xatırladıb.
Baxış sayı:155
Bu xəbər 27 Oktyabr 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















