ABŞ də avtomobil şirkətləri də “Patriot” və “Tomahawk” istehsal edəcək
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerikanın “Ford” və “General Motors” şirkətləri, eləcə də digər avtomobil istehsalçıları tezliklə silahlar, o cümlədən “Patriot” və “Tomahawk” istehsalına başlayacaqlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Dövlət başçısının sözlərinə görə, onlar bu məqsədlə fabriklərini yenidən quracaqlar.
Həmçinin, bu, ölkənin silah istehsalını artırmaq üçün iqtisadi kampaniyanın bir hissəsi olaraq baş verəcək.
“Biz ölkə daxilində çoxlu fabriklər tikirik. Onlar “General Motors” və “Ford”la danışıqlar aparırlar. Biz “Patriot” və “Tomahawk” da daxil olmaqla çoxlu silahlar istehsal edəcəyik”, - Tramp bildirib.
O, ehtiyat gücü olan avtomobil istehsalçılarının da raket istehsalı üçün müqavilələr imzaladıqlarını qeyd edib.
Tramp həmçinin iyunun 24-də ABŞ-nin ən böyük silah istehsalçılarının nümayəndələri ilə görüş planlaşdırdığını əlavə edib.
Bu mövzuda digər xəbərlər:“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər
23 İyun 2026 04:25
Tramp: ABŞ “Patriot“, “THAAD“ və “Tomahawk“ raket sistemlərinin istehsalını artırıb
14 Sentyabr 2026 21:21
“Ukraynanın “Tomahawk“ istəyi və “Patriot“ böhranı “The Telegraph“
02 Oktyabr 2025 21:04
“Tomahawk” Ukraynadakı müharibənin gedişatını dəyişə bilər, “Patriot” isə…
02 Oktyabr 2025 12:35
Kiyev “Patriot” raketi istehsal edəcək
30 İyul 2026 09:48
Baxış sayı:163
Bu xəbər 23 İyun 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















