Icma.az
close
up
RU
TikTok Azərbaycanda 570 min videonu sildi

TikTok Azərbaycanda 570 min videonu sildi

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib.

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir. Bu hesabatlarda istifadəçilərin təhlükəsizliyinin qorunması və kontent yaradıcılarına dəstək istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

TikTok 2026-cı ilin ikinci rübündə istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin nəticələrini əks etdirən İcma Qaydalarına əməl olunmasına dair yeni hesabatını təqdim edib. Hesabatda İcma Qaydalarını pozan videoların daha sürətli aşkarlanmasına və silinməsinə imkan verən məzmun moderasiyası üzrə yeni yanaşmalar haqqında da məlumat verilib.

Hesabata əsasən, 2026-cı ilin aprel-iyun ayları ərzində Azərbaycanda:

570 mindən çox video İcma Qaydalarını pozduğuna görə silinib; Silinən videoların 99,6%-i istifadəçi şikayətləri daxil olmamışdan əvvəl platforma tərəfindən proaktiv şəkildə aşkarlanaraq silinib; İcma Qaydalarını pozan videoların 93,2%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

Dünya üzrə isə eyni dövrdə TikTok tərəfindən:

Platformanın qaydalarını pozan 188 milyondan çox video silinib; Kontentin 99,5%-i istifadəçi şikayətləri daxil olmamışdan əvvəl silinib. Bu, platforma tarixində indiyədək qeydə alınan ən yüksək göstəricidir;

Kontentin 92,7%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

TikTok süni intellekt də daxil olmaqla, məzmun moderasiyası texnologiyalarını təkmilləşdirməyə davam edir. 2026-cı ilin ikinci rübündə dünya üzrə silinən videoların 97,4%-i süni intellekt texnologiyalarından istifadə edən avtomatlaşdırılmış sistemlər vasitəsilə silinib. Bu, platformanın fəaliyyəti tarixində qeydə alınan ən yüksək göstəricidir.

Bu alətlərin inkişafı İcma Qaydalarını pozan məzmunun daha operativ aşkarlanmasına və istifadəçilərin belə videolarla qarşılaşma ehtimalının azaldılmasına imkan verir.

Moderasiya prosesində TikTok-un təhlükəsizlik komandası da iştirak edir. Mütəxəssislər daha mürəkkəb və mübahisəli halları, o cümlədən istifadəçi şikayətləri əsasında yoxlanılması tələb olunan məzmunları nəzərdən keçirir və onların məhdudlaşdırılmasına ehtiyac olub-olmadığı barədə qərar verirlər. Qayda pozuntusu təsdiqləndiyi halda, hesab sahibinə müvafiq bildiriş göndərilir.

TikTok saxta hesablar və süni şəkildə artırılan göstəricilərlə mübarizəni də gücləndirir. 2026-cı ilin ikinci rübündə platforma dünya üzrə 352 milyondan çox saxta hesabın yaradılmasının qarşısını alıb. Bununla yanaşı, 6,2 milyarddan çox süni şəkildə artırılmış bəyənmə, 2,7 milyard saxta izləyici və saxta hesablardan paylaşılmış 190 milyon şərh silinib. TikTok, həmçinin izləyicilərin sayını süni şəkildə artırmağa yönəlmiş 7,5 milyarddan çox cəhdin qarşısını alıb.

Bu cür pozuntuları aşkarlamaq üçün platforma saxta göstəricilərlə mübarizə aparan və kontent yaradıcılarının, eləcə də onların videolarının populyarlığının süni şəkildə artırılmasına imkan verməyən texnologiyalarını təkmilləşdirir.

TikTok İcma Qaydalarına əməl olunması ilə bağlı hesabatları mütəmadi dərc etməklə fəaliyyətində şəffaflığı təmin etməyə və istifadəçiləri onların yaradıcılığı və ünsiyyəti üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına yönəlmiş tədbirlər barədə məlumatlandırmağa davam edir.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri