Icma.az
close
up
RU
ABŞ də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb

ABŞ də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb

Icma.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ-nin 10 illik dövlət istiqrazları üzrə gəlirlilik göstəricisi 2007-ci ilin iyulundan bəri maksimum səviyyəyə qalxaraq 5.02% təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin hesabatında bildirilir.

Qiymətli kağızların gəlirlilik dərəcəsinin yüksəlməsi Bab-əl-Məndəb boğazındakı gərginlik səbəbindən neft və qaz qiymətlərindəki yeni sıçrayışla eyni vaxta təsadüf edir. Sentyabrın 16-da ABŞ-nin Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsi üzrə qərar verəcəyi planlaşdırılır. Agentliyin rəqəmlərinə əsasən, sərmayədarlar 2023-cü ilin iyul ayından etibarən ilk dəfə faiz artımının olacağını ehtimal edirlər. Əgər dərəcələr sabit qalarsa, artan inflyasiya riskinə qarşı investorların sığorta alətlərinə ehtiyacı çoxalacaq və nəticədə istiqraz gəlirlilikləri bir daha yüksələcək.

"BMO Capital Markets" şirkətinin təhlilçisi Veyl Hartman agentliyə verdiyi açıqlamada qeyd edib:

"FES-in inflyasiyaya qarşı mübarizə aparan bir instansiya kimi öz nüfuzuna zərər vermədən uçot dərəcəsini sabit saxlaması olduqca mürəkkəb olacaq. Maliyyə bazarı həm uçot dərəcəsinin cari səviyyədə saxlanılması kimi qəfil qərara, həm də FES-in mətbuat konfransı və qrafiklərin dərin analizinə yol açacaq yüngül faiz artımına qarşı kəskin reaksiya verəcək".

Nəşrin təhlilinə görə, fevral ayının sonlarında ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi münaqişədən sonra qlobal miqyasda dövlət istiqrazlarının gəlirliliyi yüksəlişə keçib. Yaxın Şərq regionundakı hərbi toqquşmalar qlobal enerji bazarında neft və təbii qaz tədarükündə kəsintilər yaradıb ki, bu da əksər dünya ölkələrində inflyasiya dalğasına təkan verib. Mənbə, gəlirliliyin artmasına təsir edən digər amil kimi texnologiya nəhənglərinin kütləvi şəkildə korporativ istiqrazlar buraxmasını göstərir. Bu şirkətlər cəlb etdikləri vəsaitləri süni intellekt və bağlı texnologiyalara yatırırlar ki, bu proses də son nəticədə dövlət istiqrazlarına olan tələbin aşağı düşməsinə gətirib çıxarır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Sentyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri