ABŞ də məzuniyyətə göndərilənlər şatdauna görə məvaciblərindən məhrum edilə bilərlər
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın Administrasiyası federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsinin dayandırılması (şatdaun) səbəbindən məzuniyyətə göndərilmiş dövlət qulluqçularının əməkhaqqılarının sonradan ödənilməsindən məhrum edilməsi imkanlarını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" sənəd layihəsinə istinadla yayıb.
Agentliyin məlumatına görə, ABŞ Administrasiyasının təşəbbüsü məzuniyyətə göndərilmiş əməkdaşların əməkhaqqılarının şatdaun başa çatandan sonra məcburi şəkildə ödənilməsini nəzərdə tutmur. Beləliklə, təqribən 700 min dövlət qulluqçusu məvacibini almamaq təhlükəsi ilə üzləşib.
Ağ Evin hüquqşünasları 3 oktyabr tarixli sənəd layihəsində israr edirlər ki, 2019-cu ildə Trampın birinci prezidentliyi dövründə qəbul edilmiş qanun əməkhaqqıların avtomatik ödənilməsini nəzərdə tutmur. Sənədə görə, istənilən ödəmələr ABŞ Konqresi tərəfindən bəyənilməlidir.
Daha əvvəl Tramp bildirib ki, ABŞ Administrasiyası şatdaun fonunda ölkə idarələrində əməkdaşları xeyli ixtisara salıb, bir sıra dövlət proqramlarını dayandıra bilər. Üstəlik, hökumət istisna etməyib ki, maliyyələşdirmə bərpa ediləndən sonra ABŞ idarələrinin əməkdaşlarının bir qisminə əməkhaqqılarının ödənilməyəcəyini istisna etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 08 Oktyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















