ABŞ də minlərlə reysin təxirə salınmasına səbəb olan problem həll edildi
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin ən böyük aviaşirkətlərindən biri olan "Delta Air Lines" ölkədə uçuşların gecikməsinə və ləğvinə səbəb olan avadanlıq nasazlığının uğurla aradan qaldırıldığını bəyan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, "Delta" təyyarələrin çəkisi və balanslaşdırılması sisteminin normal rejimdə işlədiyini diqqətə çatdırıb.
Bundan əvvəl ABŞ-də 6 minə yaxın uçuşun gecikdiyi və ya təxirə salındığı, bunların bir hissəsinin "Delta Air Lines" avadanlığındakı nasazlıqla bağlı olduğu elan edilmişdi.
Son vaxtlar Birləşmiş Ştatlara aid qurumların və iri şirkətlərin sistemlərində bir neçə genişmiqyaslı problem baş verib. Ötən həftə ABŞ Federal Mülki Aviasiya İdarəsi hava hərəkətini idarəetmə mərkəzlərindəki rabitə nasazlığı səbəbindən ölkə üzrə bütün uçuşları dörd saatdan çox müddətə qadağan etmişdi.
Bundan əlavə, texnologiya nəhəngi "Microsoft", ən böyük aviaşirkətlərdən biri "United Airlines" və "JPMorgan Chase" bankında da kütləvi nasazlıqlar qeydə alınmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 23 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















