ABŞ də qadın siqnal verən sürücünü güllələdi
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin İndiana ştatında qadın siqnal verən sürücünü güllələyərək qətlə yetirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İndianapolis şəhərində baş verib.
Məlumata görə, 23 yaşlı Debora Benefiel 21 yaşlı Kentrell Settlsla mübahisə edib. Mübahisəyə səbəb Kentrell işıqforun yaşıl işıq yanmasından sonra siqnal verməsi olub. Qadın bundan qəzəblənərək sürücünü təqib edib və onu hədələməyə başlayıb. Daha sonra isə avtomobilə atəş açaraq Settlsi sinəsindən yaralayıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Debora Benefiel hadisədən az sonra polis tərəfindən saxlanılıb.
Onun kimliyi mərhumun avtomobilində olan rəfiqəsi tərəfindən müəyyənləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















