Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 30 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bu gün səhər saatlarında Hörmüz boğazında gəmidə partlayışlar və yanğın baş verdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, kiçik qayıq vasitəsilə tankerin gövdəsinə yerləşdirilən iki partlayıcı qurğunun partlaması nəticəsində mühərrik bölməsində yanğın yaranıb və gəmi qısa müddət ərzində manevr qabiliyyətini itirib.
Bildirilib ki, ekipaj üzvlərinin vəziyyəti yaxşıdır, ətraf mühitə hər hansı zərər dəyməsi barədə məlumat daxil olmayıb. Yanğın söndürülüb və tanker hazırda limanlardan birinə doğru hərəkət edir.
Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, son vaxtlar İran xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəklədiyi cənub dəniz nəqliyyatı marşrutu boyunca gəmilərə qarşı hücumlarını intensivləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 30 Oktyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















